Nida.az
Müsavatda əlbəyaxa dava: “Məni söyüşlərlə təhqir etdi”
Müsavat Partiyasında əlbəyaxa davanın olduğuna dair xəbər yayılıb.
Adının çəkilməsini istəməyən partiya fəallarından birinin
Publika.az-a verdiyi məlumata görə, əlbəyaxa dava
Binəqədi rayon təşkilatının Şura iclasında baş verib.
Buna səbəbsə rayon təşkilatının üzvü Arif Əzizzadənin Divan üzvü Nemət Kərimliyə qarşı çıxaraq ondan Divana şikayət etməsi olub. N. Kərimlinin qarşı tərəfin üzərinə hücuma keçdiyi deyilir. Əlbəyaxa davanın digər üzvlər tərəfindən qarşısı alınıb.
Arif Əzizzadə Publika.az-a açıqlamasında qarşı tərəfin onu ağır
söyüşlərlə söydüyünü deyib. O, N. Kərimlidən Mərkəzi Nəzarət-Təftiş
Komissiyasına şikayət edib: “Nemət Kərimli öz başının dəstəsi ilə
mənim sədr olduğum təşkilatı buraxmışdı. Mən də bu haqda Divana
şikayət etdim. Divan mənim şikayətimi qəbul edərək təşkilatı bərpa
etdi. Bundan sonra o, şuranın iclasını çağıraraq mənim
çıxarılmağımla bağlı məsələni gündəmə saldı. Aramızda söz
mübahisəsi yaşandı. Buna etiraz olaraq iki nəfər iclası tərk etdi.
Ardınca Nemət Kərimli qadınları çölə çıxararaq, məni ağır
söyüşlərlə təhqir etdi”.
Məsələ ilə bağlı N. Kərimlidən münasibət öyrənmək istəsək də, o
danışmaqdan imtina etdi. Səbəb kimi isə problemin partiyadaxili
məsələ olmasını göstərdi. Lakin o da A. Əzizzadənin MNTK-ya şikayət
edəcəyini açıqladı.
Qeyd edək ki, Müsavatda VIII qurultaydan sonra çətin anlar yaşanır.
Bir neçə gün öncə söyüş söyülməsinə görə K. Xəlilbəyli partiyadan
çıxarılıb. Könül Mirzəyevaya isə xəbərdarlıq edilib.
Asif Nərimanlı
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı