Nida.az
Prezident və xanımı rəsmi açılışda
Noyabrın 21-də Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası işə başlayıb.
İki gün davam edəcək tədbirin rəsmi açılışında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva
iştirak ediblər.
Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası qarşıdakı dövrdə həllini gözləyən bir çox məsələlərin müzakirə olunması və həyata keçirilməsi baxımından mühüm tədbirdir. Avropa ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin, beynəlxalq idman qurumlarının rəhbərlərinin iştirak etdikləri Assambleyada “Olimpiya Oyunları”, “Marketinq və rabitə”, “İdman hamı üçün”, “Olimpiya mədəniyyəti və irsi”, “Tibb və antidopinq”, “İdmanda gender bərabərliyi” və digər mövzularda hesabat məruzələri, o cümlədən ilk Avropa Oyunları barədə məlumat və “Bakı-2015” Əməliyyat Komitəsinin hesabatı da dinləniləcək. 2016-cı il Yay Olimpiya, XXIII Qış Olimpiya oyunlarına və Avropa Yeniyetmələrinin Olimpiya Festivalına hazırlıq işlərinin gedişi ilə bağlı hesabatlar da Assambleyanın gündəliyinə daxildir.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Avropa
Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Prezident İlham
Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladılar.
Dövlətimizin başçısı və xanımı Avropa Olimpiya Komitəsinin rəhbər
heyəti ilə görüşdülər.
Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasında çıxış edən
Prezident İlham Əliyev tədbirdə iştirak edən qonaqları salamladı.
Qədim tarixi və gözəl mədəniyyəti olan ölkəmizlə tanışlıq üçün bu
tədbirin əla fürsət olduğunu dedi. Bildirdi ki, 23 il öncə öz
müstəqilliyini bərpa edən Azərbaycan Avropa Olimpiya Komitəsinin
üzvü kimi Avropa təsisatlarında fəallığı ilə seçilir. Ölkəmizdə
siyasi və demokratik islahatların aparıldığını, bunun da sürətli
inkişafa təkan verdiyini deyən dövlətimizin başçısı hazırda
Azərbaycanın dünyada multikulturalizmin əsas mərkəzlərindən biri
kimi tanındığını vurğuladı.
Prezident İlham Əliyev bildirdi ki, son on ildə sürətlə inkişaf
edən Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb, yoxsulluq və işsizlik
kəskin şəkildə azaldılıb, yeni iş yerləri açılıb və uğurlu iqtisadi
islahatlar beynəlxalq maliyyə təşkilatları tərəfindən də qeyd
olunub. “Ölkəmizin enerji təhlükəsizliyi sahəsində oynadığı rol
Avropa təsisatları ilə əməkdaşlıqda mühüm əhəmiyyətə malik olacaq”,
- deyən Prezident İlham Əliyev Avropa ilə Asiya arasında körpü olan
Azərbaycanın dünyada çoxmədəniyyətliliyin mühüm mərkəzlərindən biri
kimi tanındığını da diqqətə çatdırdı. Qeyd etdi ki, beynəlxalq
ictimaiyyətin fəal üzvü olan ölkəmizin dünyada mövqeləri güclüdür
və iki il ərzində BMT Təhlükəsizlik Şurasına üzv olan, onun
sessiyalarına sədrlik edən Azərbaycan dünya tərəfindən
dəstəklənir.
Azərbaycanda idmanın və Olimpiya hərəkatının inkişafından da
danışan Prezident İlham Əliyev bu sahədə əsas prinsiplərin təşviq
olunmasına böyük maraq göstərilən ölkəmizdə son illərdə nəhəng
idman infrastrukturunun yaradıldığını diqqətə çatdırdı. Qeyd etdi
ki, Azərbaycan atletlərinin beynəlxalq yarışlarda, Olimpiya
Oyunlarında qazandığı uğurlar müstəqil ölkəmizin dünyada daha yaxşı
tanıdılmasına imkan verir.
Dövlətimizin başçısı 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa
Oyunlarının yüksək səviyyədə baş tutacağına əminliyini bildirdi.
2016-cı ildə Bakıda Dünya Şahmat Olimpiadasının, 2017-ci ildə isə
İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini deyən Prezident İlham
Əliyev bunun da ölkəmizin böyük potensialından qaynaqlandığını
söylədi.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Azərbaycanda
idmana və təhsilə qoyulan sərmayələrin uğurlu nəticələrin əldə
olunmasına təkan verdiyini söylədi. O qeyd etdi ki, bunlar həm də
idmançıların nailiyyətlər qazanmasına da imkan verir. Tomas Bax
əmin olduğunu bildirdi ki, gələn il Bakıda baş tutacaq Avropa
Oyunları yüksək səviyyədə keçəcək və Təşkilat Komitəsinin sədri
Mehriban Əliyevanın təşəbbüsləri bu oyunların uğurlu alınmasına
stimul verəcək. Tomas Bax idmanın BMT-nin inkişaf məqsədləri
sırasına daxil olunması ilə bağlı danışıqların aparıldığını dedi və
idman tədbirləri baxımından gərgin qrafiki ilə seçilən gələn il
ərzində hamıya uğurlar arzuladı.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu
Assambleyanın Bakıda yüksək səviyyədə təşkil edildiyinə görə
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıq
etdi. Bakının füsunkar və gözəl şəhər olduğunu deyən Patrik Hikki
əminliyini bildirdi ki, Avropa mühüm tarixi ana yaxınlaşır və bu
43-cü Baş Assambleya həm gələn il keçiriləcək Avropa Oyunlarını,
digər tərəfdən Tokio Yay Olimpiya Oyunlarına hazırlıq işlərini
müzakirə etmək baxımından mühüm tədbirdir.
Sonra Patrik Hikki Avropa Olimpiya Komitəsinin xatirə hədiyyələrini
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim
etdi.
Daha sonra Patrik Hikki idman karyerası ərzində bir çox uğurlara
nail olan, dünyada idmanın inkişafında mühüm xidmətlər göstərən,
Olimpiya ideallarına sadiqliyi ilə seçilən Beynəlxalq Olimpiya
Komitəsinin prezidenti Tomas Baxa Avropa Olimpiya Komitəsinin
“Şöhrət” medalını təqdim etdi.
Bununla da Baş Assambleyanın rəsmi hissəsi başa çatdı.
-
Magazin203:43
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO