Nida.az
Azərbaycan prezidenti Bolqarıstanın vitse-prezidentini qəbul edib
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 21-də Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv dövlətlərin Assambleyasının 3-cü sessiyasının işində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının vitse-prezidenti xanım Marqarita Popovanı qəbul edib.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, görüşdə
Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin
siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq
ifadə edilib, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı
potensialın olduğu vurğulanıb.
Bolqarıstan Respublikasının vitse-prezidenti xanım Marqarita Popova
Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv dövlətlərin
Assambleyasının 3-cü sessiyasının yüksək səviyyədə təşkilinə görə
minnətdarlığını bildirib. O, Azərbaycan prezidentinin konfransa
ünvanlandığı müraciətin əhəmiyyətini xüsusi vurğulayıb.
Söhbət zamanı Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv
dövlətlərin Assambleyasının 3-cü sessiyasının Bakıda keçirilməsinin
önəmi qeyd olunub, sessiyada müzakirə edilən məsələlərin bu sahədə
qarşılıqlı təcrübə mübadiləsinin aparılması və beynəlxalq
əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə
olunub.
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü