Nida.az
“Rəsulzadə dirilsə...” – Müsavat siyasi mühacir biznesinə girişib?
“Kiminsə siyasi sığınacaq alması üçün 100 illik partiya bəyanat yayırsa, bu, çox pisdir"
Gənc fəal Bəxtiyar Hacıyev Müsavat Partiyasını tənqid edib.
Publika.az xəbər verir ki, o, “Facebook”
səhifəsində Müsavatı kiminsə siyasi sığınacaq alması üçün bəyanat
verməkdə ittiham edib.
“M. Ə. Rəsulzadə dirilsə və bu gün Müsavat Partiyasının durumunu
görsə, yəqin, ürəktutmasından yenidən dünyasını dəyişər.
Hakimiyyətə və ədalətli idarəetməyə iddialı olan Müsavat Partiyası,
deyəsən, yeni biznesə girişib. Yanılmaq istəyirəm. Bu gün Müsavat
Partiyası üzvlərindən bir nəfərin NİDA-çıların məhkəməsində iştirak
etdiyinə görə Nəsimi polisində döyüldüyü və onun həyatına təhlükə
olduğuna dair bəyanat yayıb. İnternetdə adı birinci dəfə çıxan bu
şəxs (Müsavat funksionerinin oğlu) nə vaxt döyülüb, kim tərəfindən
döyülüb? Bəyanatda niyə tarix, saat, yer və hadisə göstərilmir?
Döyülmə, pis rəftarla bağlı məhkəməyə (son pillə olaraq Avropa
İnsan Hüquqları Məhkəməsinə getmək üçün) müraciət edilibmi? Hansısa
orqana şikayət edilibmi? Mətbuatda bu barədə niyə yazılmayıb indiyə
qədər? Tanıdığım müsavatçılardan, NİDA-çılardan, jurnalistlərdən
soruşdum, dedilər birinci dəfədir belə şey eşidirik”, - deyə o
bildirib.
B. Hacıyev sözlərinə görə, döyülmə və kiminsə həyatına, azadlığına real təhlükə yoxdursa və kiminsə siyasi sığınacaq alması üçün 100 illik partiya bəyanat yayırsa, bu, çox pisdir: “Bunun üçün məhbusların adlarından istifadə edilirsə, lap pisdir”.
Qeyd edək ki, söhbət Müsavat üzvü, keçmiş deputat İkram İsrafilin oğlu İsrayıl İsrafildən gedir. Publika.az-ın məsələni dəqiqləşdirmək üçün Nəsimi polisinə müraciətinə cavab olaraq bildirilib ki, iddia olunan hadisə 7 ay əvvəl baş verib və bəyanatdakı kimi deyil. İkram İsrafilin oğlu isə artıq uzun müddətdir İngiltərədə yaşayır.
Asif
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi