Nida.az
Azərbaycan Prezidenti qəbul keçirdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Beynəlxalq Telekommunikasiya İttifaqının yeni seçilmiş baş katibi Haulin Zaonu qəbul edib.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına
görə, görüşdə Azərbaycanda informasiya-kommunikasiya
texnologiyaları sahəsində böyük uğurların əldə edildiyi vurğulanıb,
“BakuTel 2014” telekommunikasiya və informasiya texnologiyaları
sərgisinin ənənəvi olaraq hər il Bakıda keçirilməsinin və tədbirə
olan marağın ildən-ilə artmasının önəmi qeyd edilib, sərginin bu
sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini
verəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də
Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və
Türkmənistan üzrə ticarət elçisi, parlamentin üzvü Çarlz Hendrinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, dövlətimizin
başçısı Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli
əlaqələrin yüksək səviyyədə olduğunu və dinamik inkişaf
etdirildiyini vurğuladı. Prezident İlham Əliyev Böyük Britaniya
şirkətlərinin ölkəmizdə qeyri-enerji sektorunun inkişafında fəal
iştirak etməsindən məmnunluğunu bildirdi və bunu tərəfdaşlığımızın
yaxşı əlaməti kimi dəyərləndirdi. Dövlətimizin başçısı İlham Əliyev
Çarlz Hendrinin Bakıda keçirilən “BakuTel 2014” telekommunikasiya
və informasiya texnologiyaları sərgisində iştirakının önəmini
vurğuladı. Azərbaycan Prezidenti ölkələrimiz arasında neft-qaz,
sənaye, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq üçün
böyük potensialın olduğunu dedi.
Bakıda keçirilən “BakuTel 2014” telekommunikasiya və informasiya
texnologiyaları sərgisində iştirakından məmnunluğunu bildirən Çarlz
Hendri bu sahədə əməkdaşlığın gələcək illərdə də davam
etdiriləcəyinə ümidvar olduğunu vurğuladı. Çarlz Hendri Böyük
Britaniya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən
metro tikintisi sahəsində əməkdaşlıqda maraqlı olduqlarını
bildirdi.
-
Səhiyyə21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin221:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!