Nida.az
Müsavatdan reaksiya: “ADR-in Müsavata aidiyyəti yoxdur”
“Yeni hərəkatın yaranması Müsavat üçün heç bir mənfi təsirə malik deyil”.
Bunu Publika.az-a açıqlamasında Müsavat başqanının
müavini Gülağa Aslanlı Qubad İbadoğlunun rəhbərliyi ilə narazıların
“Azərbaycan Demokratiya və Rifah” Hərəkatını yaratmasına münasibət
bildirərkən deyib.
Onun sözlərinə görə, bu hərəkatın Müsavata heç bir aidiyyəti
yoxdur: “Bunu yaradanlar da belə bir bağlılığın olmadığını
deyiblər. Müsavat üzvlərinin hansısa hərəkat yaratmasına gəlincə,
nizamnamə bunu qadağan etmir. Kim nə yaratmaq istəyirsə,
etsin”.
Hərəkatın adının ADR seçilməsinə gəlincə, G. Aslanlı bunun hərəkat
təsisçilərinin öz səlahiyyətinə aid olduğunu bildirib.
“Burda Müsavat üzvü olanlar da, olmayanlar da var. Adın seçilməsini
onların öz səlahiyyətinə aiddir. Ümumi ad Demokratiya və Rifahdır.
Lakin hərflərin necə düzülməsi heç nəyi dəyişdirmir. Ümumilikdə
bunun Müsavata qətiyyən aidiyyəti yoxdur”, - deyə o bildirib.
Arif Hacılının digər müavini Elman Fəttah da
Publika.az-a açıqlamasında hərəkatla bağlı
narahatlıqlarının olmadığının bildirib: “Müsavatçıların Müsavat
Partiyasından kənarda QHT yaratması və ya ictimai təsisatlar təyin
etmələrinin bizim üçün xüsusi əhəmiyyəti yoxdur. Bu, ictimai
təsisatdır. Müsavat üzvü olan və ya olmayan bütün vətəndaşların
hansısa hərəkat yaratmaq hüququ var. Məsələn mən özüm NİDA Vətəndaş
Hərəkatının üzvüyəm. Bizim yeni hərəkatla bağlı hər hansı
narahatlığımız yoxdur”.
Arif Hacılının qardaşı, narazılara qarşı daim sərt açıqlamaları ilə
seçilən Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli bu dəfə onlara
haqq qazandırıb.
“Partiya üzvlərinin ictimai hərəkat yaratmasının partiya
nizamnaməsi ilə bir araya sığmadığı barədə açıqlamaların hüquqi
əsası yoxdur. Hesab edirəm ki, siyasi baxımdan da qəbul edilən
qərar yaranmış vəziyyətdən məqbul çıxış yollarından biridir. Bu
prosesin partiyanın rəsmən parçalanması və ya hansısa tapşırığın
yerinə yetirilməsi kimi dəyərləndirilməsi isə ən azı tələsik
verilən qiymətdir. Hər şey indidən sonra atılacaq addımlardan, xoş
niyyətli olub-olmamasından, aparılan fəaliyyətin daxili
qeyri-sağlam rəqabətə, yoxsa iqtidara qarşı yönələcəyindən çox
asılıdır. Mən tam səmimiyyətlə hərəkatın yaradılması barədə
bəyanatı imzalayanlara uğurlar arzulayıram və xeyirli olsun
deyirəm”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı