Nida.az
Cəmil Həsənlinin ABŞ-da Rəsul Quliyevlə gizli görüş niyyəti
Hazırda ABŞ-da səfərdə olan Cəmil Həsənlinin Rəsul Quliyevlə görüşəcəyi sual altındadır.
Publika.az xəbər verir ki, C. Həsənli ABŞ səfəri
çərçivəsində analitik mərkəzlərdə, Dövlət Departamentində və
Senatda görüşlər keçirəcək. Görüşlərin əsas mövzularından biri
Azərbaycanda insan hüquqlarının vəziyyəti olacaq.
Milli Şuranın adını açıqlanmasını istəməyən üzvü C. Həsənlinin
ABŞ-da yaşayan eks-spiker Rəsul Quliyevlə görüşmək niyyətinin də
olduğunu deyib. Lakin qarşı tərəfin bu görüşə münasibəti bəlli
deyil.
“Cəmil Həsənli səfərin sonunda Rəsul Quliyevlə təmas qurmağa
çalışacaq”, - deyə mənbə bildirib.
Rəsul Quliyevin Cəmil Həsənliyə münasibəti isə birmənalı deyil.
Eks-spiker iki gün öncə Publika.az-a müsahibəsində Rüstəm
İbrahimbəyovla daim təmas qurduğunu, lakin Cəmil Həsənliyə
münasibətinin normal olmadığını deyib.
“Cəmil Həsənli ilə mənim necə telefon söhbətim ola bilər?! Onunla
heç vaxt, heç bir əlaqəm olmayıb. Onun Mir Cəfər Bağırovla əlaqədar
yazdığı əsəri sifarişlə yazılmış saxtakarlıq hesab edirəm. Milli
Şuranın namizədi olmaq və ondan sonra "seçkiləri 65 faizlə uddum"
bəyanatlarını verməsini siyasi savadsızlıq hesab edirəm”, - deyə o
vurğulayıb.
Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Güləliyev isə Cəmil
Həsənlinin Rəsul Quliyevlə görüşünün nəzərdə tutulmadığını
bildirib.
Asif Nərimanlı
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı