Nida.az
Oqtay Əsədov Çexiya Prezidenti Miloş Zemanla görüşüb
Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti dekabrın 4-dən Çexiya Respublikasında rəsmi səfərdədir.
Publika.az Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 5-də parlamentin sədri O.Əsədov Çexiya Prezidenti Miloş Zemanla görüşüb. Prezident xüsusilə qeyd edib ki, Azərbaycan özünü təsdiqləmiş gənc dövlət kimi Çexiyanın sadiq tərəfdaşıdır.
Görüş zamanı ölkələrimiz arasındakı əlaqələr, bu əlaqələrin daha da inkişaf etdirilməsi, qanunverici orqanlarımızın bu sahəyə verdiyi töhfələr və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb. Söhbətdə qeyd olunub ki, ölkə başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər münasibətlərimizin daha da genişlənməsinə təkan verir.
Elə həmin gün nümayəndə heyətimizin üzvləri Çexiyanın Deputatlar Palatasında və Senatda olublar. Deputatlarımız bu ölkənin qanunverici orqanlarının fəaliyyəti ilə yaxından tanış olaraq, onları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Milli Məclisin sədri O.Əsədov Deputatlar Palatasının sədri Yan Hamaçek və Senatın sədri Milan Ştexlə də görüşüb. Görüşlər zamanı parlamentlərarası əlaqələrin hazırkı səviyyəsi, gələcək inkişaf perspektivləri, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi, dostluq qruplarının fəaliyyətinin daha da gücləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Danışıqlar zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları barədə söhbətlər aparılıb.
Səfər çərçivəsində keçirilən tədbirlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputatlar Malik Həsənov, Çingiz Əsədullayev, Sədaqət Vəliyeva, Mahir Aslanov, ölkəmizin Çexiyadakı səfiri Fərid Şərifov və nümayəndə heyətinin digər üzvləri iştirak ediblər.
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?