Nida.az
“Bakı ilə Tiflisin strateji əlaqələri təhlükədədir” – Saakaşvili azərbaycanlı gənclərə nələri açıqladı?
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili azərbaycanlı gənclərin görüş çağırışına müsbət cavab verib.
Publika.az Gürcüstan mediasına istinadən xəbər
verir ki, Saakaşvili “Skayp” vasitəsilə Qardabani, Bolnisi,
Marneuli, Dmanisi, Rustavi və Tiflisdən olan 150 azərbaycanlı
gənclə virtual təmas qurub. Video-konfransda Saakaşvili
azərbaycanlı gənclərə Gürcüstanın aktual problemlərindən danışıb,
həmçinin, Azərbaycanla münasibətlərə toxunub.
“Qafqazda geosiyasi vəziyyət dəyişib və hazırda Gürcüstanla
Azərbaycanın strateji münasibətləri təhlükədədir”, - deyə M.
Saakaşvili azərbaycanlı gənclərə bildirib.
Onun fikrincə, Abxaziya dəmiryolunun tikilməsi haqda rəsmi Tiflisin
susqunluğu Azərbaycanla olan münasibətləri pozur: “Bu
münasibətlərin pozulması isə Gürcüstanın siyasi, iqtisadi və sosial
vəziyyətinin pisləşməsi, eləcə də ərazi bütövlüyünə zərbədir”.
Saakaşvili Gürcüstana dönməsi ehtimalından danışıb və gələcəyi
təqdirdə hansı addımlar atacağını açıqlayıb: “Gürcüstan getdikcə
daha çox zəifləyəcək. Hazırki hakimiyyətin apardığı siyasət bunu
əyani şəkildə göstərir. Lakin burda İvanişvili heç nə itirməyəcək.
Çünki o milyardlarını cibində saxlayır. Lazım olanda İvanişvili
qaçacaq. Mən ölkəyə qayıtsam, bir nəfərdən başqa heç kimi
cəzalandırmayacağam. Bu insan prokurorlara çağırışlar edir, onlara
tapşırıqlar verir. Bu tezliklə baş verəcək”.
Asif Nərimanlı
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda