Nida.az
Bakı və Ankara gizli “Turan ordusu” yaradır – Qərar iki il öncə verilib – İDDİA
“Ukrayna böhranından sonra türkdilli dövlətlər bir-biri ilə daha sıx tellərlə bağlanmaq istiqamətində hərəkətə keçib. Çünki eyni ssenarinin bu ölkələrdə də baş verməsi ehtimalı var”.
Publika.az xəbər verir ki, İranın “Hemayat” saytı türkdilli
ölkələrin vahid türk ordusu yaratdığını iddia edib.
Sayt müasir “Turan ordusunun” Türkiyə, Azərbaycan, Qazaxıstan və
Qırğızıstandan ibarət olduğunu bildirib: “Bu ordu “Avrasiya
güclərinin hərbi birliyi” adlanır. Bu hərbi blokun ilk iclası
2012-ci ildə Bakıda keçirilib. Bu görüşdə adı çəkilən ölkələrin
hərbi rəhbərliyinin nümayəndələri iştirak edib. Ehtimallara görə,
bu ittifaqa əlavə dövlətlər qoşula bilər. Monqolustan nümayəndə
heyəti əlverişsiz hava şəraitinə görə uçuş yerinə yetirmə
bilmədiklərini açıqlayıb. Lakin onlar növbəti iclaslarda
olacaqlarını elan ediblər. Orda səslənən bəyanatlar türkdilli
ölkələrin hərbi əməkdaşlığının möhkəmləndirilməsi üçün blok
yaradılmasının hədəf olduğunu göstərir. Blokun mərkəzi qərargahının
Ankarada təsis olunacağı güman edilir. Lakin blokla bağlı məsələlər
tam həll olunmayıb. Çünki Türkiyə Şimali Atlantik İttifaqının
üzvüdür və bu ölkədə NATO-nun hərbi bazaları var. Digər türkdilli
ölkələrin fikrincə, bu fakt ittifaqın mövcudluğunu şübhəyə
alır”.
Sayt türkdilli dövlətlərin ittifaqının NATO kimi təkcə hərbi blok
olmayacağını da iddia edir.
“Burda ümumi dil əsas amildir. Türkdilli dövlətlərin ümumi dildən
istifadə edərək bir bayraq altında vahid ordu və ittifaq
yaradılmasına nail olması mümkündür. 2012-ci ildə Rusiya KİV-i
Türkiyənin, Azərbaycanın və Orta Asiyanın iki ölkəsinin ümumi
bayraq altında çıxış etməsi haqda məlumatlar yaydı. O vaxt
Türkiyənin xarici işlər naziri olan Əhməd Davudoğlu da media
qarşısında Türkiyə, Qırğızıstan, Azərbaycan və Qazaxıstanın
türkdilli dövlətlərin ümumi bayrağı haqda razılığa gəldiklərini
açıqladı. Bu bayraqda 4 ölkənin simvolu yer alıb: Qırğızıstan
bayrağının günəşi, Azərbaycan bayrağının ulduzu, Türkiyə bayrağının
ayparası və Qazaxıstan bayrağının çiçək ornamenti”, - deyə sayt
bildirib.
Asif Nərimanlı
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var