Nida.az
Gürcüstan səfirliyindən qadağa açıqlaması: Xəbərimiz yoxdur
Xəbər verdiyimiz kimi, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Gürcüstana girişinə qadağa qoyulub.
Bu barədə Publika.az-a açıqlama verən Z.
Məmmədlinin sözlərinə görə, onun müavini Salman Murğuzova da eyni
qadağa tətbiq edilib: “Gürcüstanın siyasi
hakimiyyəti qeyri-sağlam mövqe sərgiləyərək, oktyabrın 19-dan mənim
Gürcüstana girişimə yasaq qoyub. Bundan əvvəl isə müavinim Salman
Murğuzov bu aqibəti yaşayıb. Bu anormal qərarla bağlı mən dekabrın
12-də mətbuat konfransı keçirəcəyəm”.
Xatırladaq ki, bundan əvvəl eyni qadağa Qarabağ Azadlıq
Təşkilatının sədri Akif Nağıya da qoyulub.
Məsələni Gürcüstanın Azərbaycandakı səfirliyindən dəqiqləşdirməyə
çalışdıq. Səfirliyin mətbuat xidmətindən
Publika.az-a bildirilib ki, bu barədə səfirliyin
heç bir məlumatı yoxdur: “Bu, birbaşa Gürcüstan Daxili İşlər
Nazirliyinin səlahiyyətində olan məsələdir. Hansısa məlumatı əldə
etmək istəyirsinizsə, səfirin adına yazılı surətdə müraciət göndərə
bilərsiniz. Yalnız o zaman nəsə öyrənmək mümkündür”.
Asif Nərimanlı
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: polis 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO
-
Region27 Aprel 21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial27 Aprel 21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU