Nida.az
Abel Məhərrəmov: “Xalq mütəşəkkil formada mübarizə aparmalıdır“
Bu gün Bakı Dövlət Universitetində (BDU) Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Universitetin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan rektor Abel Məhərrəmov deyib ki, 19 il bundan əvvəl xalq Heydər Əliyevin hakimiyyətə qayıdışına nail ola bildi:
"Tarix göstərir ki, böyük problemlərin həlli qısa zaman kəsiyində baş vermir. Bunun üçün xalq mütəşəkkil formada mübarizə aparmalıdır. Bu baxımdan hər bir azərbaycanlı bu problemi öz daxili problemi kimi hiss etməli və Dağlıq Qarabağ probleminin həlli istiqamətində ölkə başçısının apardığı məqsədyönlü və ardıcıl siyasəti dəstəkləməlidir".
Rektor hollandiyalı hərbi müxbir Çarlz Van der Leunun BDU-nun təşəbbüsü ilə Fransada çap olunan və fransız dilində dünya ictimaiyyətinə təqdim olunan "Dağlıq Qarabağ: dünyanın unutduğu müharibə" adlı kitabını bu istiqamətdə atılmış addımlardan biri kimi qiymətləndirib.
Tədbirdə Prezidentin İcra Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov çıxış edərək Qurtuluş Günü və onun Azərbaycan xalqı üçün əhəmiyyətindən söz açıb. O, BDU-nun təşəbbüsü ilə nəşr olunan kitabı yüksək qiymətləndirib.
Akademik Vasim Məmmədəliyev, millət vəkili Musa Qasımlı da Qurtuluş günü və kitablarla bağlı fikirlərini bölüşüblər.
Kifayət
Publika.Az
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi