“Həqiqəti sizin vasitənizlə ictimaiyyətlə bölüşməyi arzu edirəm”- Türkiyə səfiri
Bizi izləyin

Nida.az

“Həqiqəti sizin vasitənizlə ictimaiyyətlə bölüşməyi arzu edirəm”- Türkiyə səfiri

Bu səbəblə, bu xahiş mənə çatdırılanda hamı kimi mən də bu qaydaya riayət etməyi olduqca təbii qarşıladım.

Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Alper Coşkunun adından redaksiyamızın poçtuna məktub daxil olub. “Gündəlik Teleqraf” qəzetinin və “Publika.az” saytının baş redaktoru Aynur Camalqızına ünvanlanmış məktubun mətnini təqdim edirik.

“Hörmətli Aynur Camalqızı, “Publika.az “saytında 11 fevral 2014-cü il tarixində Azərbaycan Respublikası Milli Məclisinə ziyarətim zamanı, telefonumun ``əlimdən alındığı`` və bunu ``təəccüblə qarşıladığım`` şəklində dərc edilmiş, başqa mətbuat orqanlarında da əks-səda tapdığını müşahidə etdiyim xəbərlə əlaqədar olaraq aşağıdakı məsələlərin hörmətli Azərbaycan ictimaiyyətinə çatdırılmasının faydalı olacağını düşünürəm:

Milli Məclisə daxil olduğum əsnada qapıdakı təhlükəsizlik xidməti əməkdaşının əlimdə gördüyü mobil telefonumu girişdə buraxmağımı istədiyi doğrudur. Sözügedən əməkdaşın bu xahişini olduqca nəzakətli və professional tərzdə etdiyini və aramızda hər hansı neqativ dialoqun baş vermədiyini vurğulamaq istəyirəm. Şəxsən mən, Azərbaycanda hər yerdə olduğu kimi, Milli Məclisdə də tətbiq olunan qaydalara riayət edilməsinə əhəmiyyət verirəm. Bu səbəblə, bu xahiş mənə çatdırılanda hamı kimi mən də bu qaydaya riayət etməyi olduqca təbii qarşıladım. Məsələnin, bir az da yanlış anlamaya səbəb ola biləcək şəkildə mətbuata əks olunmasının ardından, Azərbaycanın rəsmi orqanları və digər bəzi əlaqədə olduğum şəxslərdən mənə verilən suallardan, məni narahat edən hadisənin yaşandığı şəklində yanlış təəssüratın yarandığını müşahidə etdim. Vəziyyət belə olmadığı üçün həqiqəti sizin vasitənizlə ictimaiyyətlə bölüşməyi arzu edirəm.

Hörmətlə,

Alper Coşkun ,Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri”

P.S. Xatırladaq ki, parlament jurnalistimiz tərəfindən hazırlanan materialda baş vermiş hadisənin təqdimatını yanlış saydığımızdan və qaradaş ölkənin səfirinə hörmət əlaməti olaraq həmin material qısa müddətdə saytdan qaldırılmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm