Nida.az
Rusiyalı ekspert: “Moskva Qarabağ məsələsində istənilən güzəştə gedəcək”
“Qarabağ məsələsində Moskva öz xeyrinə istənilən güzəştə gedəcək”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya
Məsləhət Şurasının beynəlxalq münasibətlər üzrə eksperti Sergey
Markedonov deyib.
Onun sözlərinə görə, hazırda Minsk qrupunun həmsədrləri qarşıdurma
vəziyyətindədirlər: “Vaxtilə bu qrup normal fəaliyyət göstərirdi və
bu çərçivədə müəyyən ümidlərə bel bağlamaq olardı. Lakin bu gün
Minsk qrupunun fəaliyyəti üçün kifayət qədər təhlükəli vəziyyət
yaranıb. Rusiya-Qərb qarşıdurması belə bir vəziyyəti hakim edir. Bu
qarşıdurmadan tərəflər istifadə edə bilər. Belə ki, mövcud
status-kvo ilə razılaşmayan Azərbaycan vəziyyəti öz xeyrinə
dəyişmək üçün hərəkətə keçə bilər. Yəni çoxqatlı problem
yaranıb”.
Matrkedonov maraqlı bir məqama toxunub. Onun sözlərinə görə,
Qarabağda müharibə başlayacağı təqdirdə Rusiya çətin ki,
Ermənistanı müdafiə etsin: “Rusiyanın yarana biləcək təhlükələr
zamanı Ermənistana yardım etməsi ilə bağlı hüquqi baza var. Moskva
bu öhdəlikləri təkrar gözdən keçirməyib. Deməli, hələ də
qüvvədədir. Lakin mən inanmıram ki, müharibə başlayacağı təqdirdə
Rusiya, yaxud Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv
dövlətləri Ermənistana kömək edəcək. Çünki KTMT üzv ölkələrinin hər
birinin öz maraqları var. Bu maraqların bəziləri Rusiyanın
maraqları ilə uyğundur, bəziləri isə yox”.
Rusiyalı ekspert Moskvanın öz maraqlarını düşündüyünü diqqətə çatdırıb. Onun fikrincə, Rusiya öz xeyrinə istənilən güzəştə gedəcək: “Xüsusilə, Rusiya-Türkiyə yaxınlaşması fonunda ortaya çıxa biləcək maraqlarda. İndiki halda Rusiya status-kvonun saxlanılmasında maraqlıdır. Ola bilsin ki, Türkiyə və Azərbaycana bu çərçivədə yaxınlaşsın. Digər tərəfdən, Azərbaycan Rusiyaya qarşı Qərb mövqeyindən çıxış etmir. Bu baxımdan, Bakı real güzəştlər istəyə bilər”.
Asif Nərimanlı
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ