Nida.az
Azərbaycanda bələdiyyə seçkiləri başa çatdı
Azərbaycanda bələdiyyə seçkilərində səsvermə saat 19.00-da başa
çatıb.
Publika.az xəbər verir ki, seçkilərdə 1607 bələdiyyə üzrə 15 min 35
bələdiyyə üzvlüyünə 37 min 77 namizəd iştirak edib.
Ümumilikdə, seçicilər 5 min 15 məntəqədə səs verib. Builki
bələdiyyə seçkisini 50 mindən çox müşahidəçi izləyib.
Nəticələr bu günün sonunda açıqlanacaq.
Qeyd edək ki, seçkilər 118 dairə üzrə keçirilib. Ermənistan
tərəfindən işğal olunmuş əraziləri əhatə edən rayonların aid olduğu
7 seçki dairəsi üzrə bələdiyyə seçkiləri keçirilməyib.
Səsvermə 5015 məntəqədə həyata keçirilib. Bu məntəqələrdən 4887-si
daimi, 128-i isə müvəqqəti yaradılan
məntəqədir.
Bələdiyyə seçkiləri üçün 37 077 namizəd qeydə alınıb. Onlardan 13
907 nəfərin namizədliyi 8 siyasi partiya tərəfindən irəli sürülüb.
Bunlar Yeni Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Vətəndaş
Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat
Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat
İslahatları Partiyası və Böyük Quruluş
Partiyasıdır
Namizədliyi qeydə alınan 23 061 nəfərin namizədliyi özü tərəfindən,
109 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli
sürülüb.
Asif Nərimanlı
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı