Nida.az
Sabiq təhlükəsizlik zabiti: “Ermənilər təxribatlarını davam etdirəcək”
“Ermənilər təxribat əməllərinə bundan sonra da davam edəcəklər”.
Bunu Publika.az-a açıqlamasında sabiq
təhlükəsizlik zabiti, “Trend” informasiya agentliyinin eksperti
Arzu Nağıyev dekabrın 26-da erməni kəşfiyyat-təxribat qrupunun
Azərbaycanın mövqelərinə hücum etməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, bu cür davranışlar Ermənistan hakimiyyəti üçün
“müharibə biznesidir”: “Hərbi qüvvələr öz havadarları qarşısında
hesabat verməlidirlər və “müharibə biznesi”ndən yararlanmalıdırlar.
Əks təqdirdə, vəzifələrində qala bilməzlər”.
A. Nağıyev Ermənistanın təxribatı taktika olaraq seçdiyini
vurğulayıb: “Eyni zamanda, hər bir canlı qüvvə itkisi, döyüş
sursatı, atılan hər bir güllə üçün belə hesabat verilməlidir.
Məlumdur ki, hər iki tərəfdən itki olanda dərhal bu haqda media və
sosial şəbəkələrdə məlumatlar gedir. Ermənilərin taktikasında da
“özünüsığortalama” prinsipindən istifadə edilir. Yəni guya onlar
hücum etmir, qorunurlar, məhz onda da itki verirlər. Sadəcə olaraq,
sübuta ehtiyacı olmayan bir qayda qayda var: hücum edən tərəf daha
çox itki verir”.
Sabiq təhlükəsizlik zabiti Ermənistanın informasiya təxribatına da
toxunub. Onun sözlərinə görə, istər daxildə, istər xaricdə hər bir
təxribat xarakterli informasiyaya vaxtında adekvat olaraq cavab
verilməlidir.
“Bu cavablar tək dövlət səviyyəsində deyil, ictimai qurumlar,
diaspor və digər təşkilatlar səviyyəsində də ola bilər. Çünki qeyd
etdiyim kimi, bu informasiyalar vasitəsilə sanki ermənilər öz
əməllərinə bir “don geydirir”, öz havadarlarında imdad diləyirlər.
Burada başqa bir məqsəd yoxdur”, - deyə o qeyd edib.
Asif Nərimanlı
-
Magazin218:36
Rihanna imicini kökündən dəyişdi - FOTO
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ