Nida.az
MSK 8 bələdiyyə üzrə şikayətlərə baxıb
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclasında 8 bələdiyyə üzrə şikayətə baxılıb.
Publika.az xəbər verir ki, iclasda 79 saylı İmişli Seçki Dairəsində
Xəlfəli bələdiyyəsi üzrə 23, 24 və 25 saylı seçki məntəqələrində,
76 saylı Lənkəran-Astara Seçki Dairəsində Mamusta bələdiyyəsi üzrə
1, 2 və 3 saylı seçki məntəqəsində, 69 saylı
Cəlilabad-Biləsuvar-Masallı Seçki Dairəsində Təklə bələdiyyəsi üzrə
23 və 24 saylı seçki məntəqəsində, 78 saylı Lerik Seçki Dairəsində
Mollalan kənd bələdiyyəsi və 7 saylı Masallı Şəhər Seçki Dairəsində
Çaxırlı bələdiyyəsi üzrə seçki məntəqələrində iddia edilən qanun
pozuntuları ilə bağlı daxil olan müraciətlərin baxılması üçün
müvafiq dairə seçki komissiyalarına (DSK) göndərilməsi barədə
qərarlar qəbul edilib.
12 saylı Qax Seçki Dairəsində Qax bələdiyyəsi, 14 saylı Xəzər Seçki Dairəsində Türkan bələdiyyəsi və 102 saylı Samux-Şəmkir Seçki Dairəsində Balacəmilli bələdiyyəsi üzrə seçki məntəqələri ilə bağlı daxil olan şikayətlər MSK-nın Ekspert Qrupu tərəfindən araşdırılıb və bu şikayətlərin əsassız olduğu qənaətinə gəlinib. MSK məsələni səsə qoyaraq şikayətlərin təmin olunmaması ilə bağlı qərar qəbul edib.
Sonda cari məsələlərə də baxılıb.
Asif
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI