Nida.az
Vətəndaşlığa qəbul olunan şəxslər sədaqət andı içəcəklər
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavələr müzakirəyə çıxarılıb.
Publika.az xəbər verir ki, layihə barədə
məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri
Əli Hüseynli bildirib ki, qanunda ölkə tarixində ilk dəfə olaraq
Azərbaycan vətəndaşlığına qəbul edilmiş və ya vətəndaşlığı bərpa
edilmiş, 14 yaşı tamam olmuş şəxslərin Azərbaycanın dövlət dilində
Azərbaycan Respublikasına sadiq qalacağı barədə and içməsi təklif
olunur.
Bununla bağlı qanuna yeni 15-1 maddəsi əlavə edilir. Yeni maddəyə
görə, “Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və
ya vətəndaşlığa bərpa edilmiş və 14 yaşı tamam olmuş şəxs
Azərbaycanın dövlət dilində Azərbaycan Respublikasına sadiq
qalacağı barədə aşağıdakı məzmunda and içir: “Mən, (soyadı, adı,
atasının adı) Azərbaycan Respublikasının vətəndaşı olaraq hər hansı
xarici dövlət qarşısında onun vətəndaşlığı ilə bağlı öhdəliklərimin
olmadığına, Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına tabe olacağıma, Azərbaycan dövlətinə sədaqətlə xidmət
edəcəyimə, onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü
qoruyacağıma, Azərbaycan Respublikasının adət-ənənələrinə və
mədəniyyətinə hörmət edəcəyimə and içirəm”.
Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət
Bayrağı önündə Konstitusiyaya əl basmaqla həyata keçirilir. And
içən Azərbaycan vətəndaşı andın mətnini imzalayır və bu sənəd
müvafiq icra hakimiyyəti orqanında saxlanılır.
Layihə səsə qoyularaq qəbul olunub.
Milli Məclis “Azərbaycan Respublikası ilə İran İslam Respublikası
arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə”ni də
təsdiq edib.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin
sədri Səməd Seyidov bəyannamə haqda məlumat verib.
Müzakirələr zamanı deputat Sabir Rüstəmxanlı bildirib ki,
bəyannamənin təsdiqindən sonra İrandakı bəzi qüvvələr Azərbaycana
qarşı basqısını daha da artacaq.
S. Seyidov isə bildirib ki, bəyannamədə hər iki dövlətin
suverenliyinin toxunulmazlığı, iki ölkə arasındakı münasibətlərin
qorunması əsas amil kimi götürülüb: “Sənəddə tərəflər öz ərazisində
bir-birinin dövlət suverenliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş
təşkilatlar, qruplar və ayrı-ayrı şəxslərin fəaliyyətinin
qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsinə hazır
olduqlarını bir daha təsdiq edirlər”.
Asif Nərimanlı
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var