Nida.az
Böyük münaqişə: Qərblə Rusiyanın Azərbaycan maraqları
ABŞ-ın “The National İnterest” nəşrində “Böyük münaqişə: Qərblə Rusiya arasında münasibətlərin gərginləşməsinə nələr səbəb olur?” adlı məqalə yayımlanıb.
Karnegi fondunun Moskva ofisinin direktoru Dmitri Treninin müəllifi olduğu məqalədə II Dünya müharibəsindən bəri olan münaqişələr, iki cəbhə arasında yaranmış problemlər sadalanır.
Müəllif Qərblə Rusiya arasında gərginliyə səbəb olan problem kimi Azərbaycan və Ermənistan, ümumi fonda Cənubi Qafqaz regionunu da göstərir. Xüsusilə bu bölgədə nüfuz savaşı tarix boyu səngiməyib və bu gün daha kəskin formada davam edir.“Ermənistan əks istiqamətdə hərəkət edir və Moskvanın başçııq etdiyi Avrasiya İqtisadi İttifaqına qoşulur. Onun rəqibi Azərbaycan isə Qərblə öz münasibətlərinə xüsusi diqqət yetirir, enerji əməkdaşlığını daha da artırır. Həmçinin, ağıllı gediş olaraq Moskvanı da incik salmır.
Rəsmi Bakının ən yaxın müttəfiqi olan Türkiyə də 50 ildir NATO-nun rəsmi üzvüdür. Bu isə Azərbaycana Qərblə daha rahat dil tapmasına yardımçı olur. Rusiya və Qərb arasında Cənubi Qafqazda nüfuz sahibi olmaq tarix boyu vacib olub və uzun illər ərzində bunun üçün qarşıdurma davam edib. Bu gün bir 8sıra faktorlar kimi, məhz Cənubi Qafqaz da iki cəbhə arasında qarşıdurma sahəsidir.
Regionda xüsusilə Azərbaycan hər iki tərəfin istədiyi ölkədir. Çünki rəsmi Bakı son illər ərzində regionun lider ölkəsinə çevrilib. Bu işdə ona daha çox enerji resursları yardımçı olub. Bu baxımdan, regionun lider dövlətində təsir imkanlarını artırıb bütün bölgəyə sahiblənmək Rusiya üçün də, Qərb üçün də əsas prioritetlərdən biridir”, - deyə müəllif məqalədə vurğulayıb.
Asif Nərimanlı
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova