Nida.az
İstanbulda Türkiyə-Ermənistan münasibətlərinə dair beynəlxalq tədbir keçiriləcək
Yanvarın 5-də İstanbul Universitetində “19-20-ci əsrlərdə türk-erməni əlaqələri” adlı beynəlxalq simpozium işə başlayacaq.
Publika.az-ın Türkiyə mediasına istinadən yaydığı məlumata görə, tədbir İstanbul Böyükşəhər Bələdiyyəsinin Mədəniyyət Mərkəzi, İstanbul Universiteti və İstanbul Türk Ocaqları təşkilatı tərəfindən birgə təşkil olunacaq.
Beynəlxalq tədbirə Türkiyə ilə yanaşı, ABŞ, Azərbaycan, Polşa, Rusiya və digər bu kimi ölkələrdən də alimlər qatılacaq.
Tədbirdə Türkiyə və xarici ölkələrdən ümumilikdə 74 tarixçi iştirak edəcək.
Üç gün davam edəcək simpoziumda alimlər “Qarışma, küsülülük, ayrılıq və yeni arayışlar” mövzusu ətrafında fikir mübadiləsi aparacaq.
Bundan əlavə, beynəlxalq tədbirdə əsrlərdən bəri yaxın qonşu olan türklərin və ermənilərin keçmişi, bu günü və gələcəyi ilə bağlı müzakirələr təşkil olunacaq.
Tədbirin açılış mərasimində Türkiyə ermənilərinin patriarxı Aram Ateşyanın iştirakı və türk-erməni münasibətləri haqqında danışacağı nəzərdə tutulub.
Simpozium çərçivəsində erməni bəstəkarların türkcə hazırlanmış əsərləri də səslənəcək.
Vasif Həsənli
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO