“El”-dən ağır ittihamlar: “Anti-milli şəxslərin Milli Şurada nə işi var?”
Bizi izləyin

Nida.az

“El”-dən ağır ittihamlar: “Anti-milli şəxslərin Milli Şurada nə işi var?”

“El”-dən ağır ittihamlar: “Anti-milli şəxslərin Milli Şurada nə işi var?”

“Azərbaycanda yaşayan heç bir köklü xalqın üzvü, heç bir milli azlığın üzvü olmayan “Milli Şurada” Eldar Namazova, “EL” hərəkatına və üzvlərinə qarşı məqsədyönlü kompaniyaya start verilib”.

Publika.Az xəbər verir ki, bu barədə “El” hərəkatının İdarə Heyətinin üzvü Seyran Rəfiyev bildirib.

Hərəkat rəsmisi VHP Ali Məclisinin sədri Rafiq Manaflını ittiham edib: “Milli Şuranın koordinasi mərkəzində çox hörmət etdiyim şəxslər istisna olmaqla, bəzi üzvlərin ora hansı əsaslarla Milli Şuranın sədri tərəfindən namizədlikləri irəli sürüldüyünü anlaya bilmirsən.

Eldar bəyi regionçuluqda təqsirləndirələrin özləri regionçuluq prinsipi ilə ətraflarına Rafiq Manaflı kimiləri cəlb ediblər. Milli Şuranın yaranmasında heç bir əməyi olmayan adamların bu gün “Demokratik Qüvvələrin Milli Şurasında” nə işi var? Öz əsərlərində Azərbaycanın istiqlalına , müsavatçılıq ideyasına qarşı bütün ömrü boyu mübarizə aparan Hacıbaba Əzimov kimi anti-milli şəxslərin Milli Şurada nə işi var?”.

S. Rəfiyev “El” hərəkatında çox ləyaqətli insanlar təmsil olunub.

“Bizə qarşı kampaniyaya başlayan şəxslərə üzümü tutub deyirəm ki, sizin əməyiniz boşa çıxacaq. “EL” hərəkatı yarandığı gündən bu kimi təpkilərə qarşı mübarizəsini davam etdirir və etdirəcək.

Sonda isə, yenə həmişə oldugu kimi “El” hərəkatı qalib olacaq!”-deyə “El” rəsmisi qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm