Putin Avropanı aldadıb: Qərb - Rusiya qaz müharibəsində Bakı faktoru
Bizi izləyin

Nida.az

Putin Avropanı aldadıb: Qərb - Rusiya qaz müharibəsində Bakı faktoru

“Cənub qaz” layihəsindən tamamilə imtina edilməsi şübhəli görünür.


Publika.az xəbər verir ki, bu barədə Litvanın “Geopolitika” nəşri yazıb.


Nəşr layihədən imtina haqda yüksək səviyyəli rus siyasətçilərin açıqlama verməsinə baxmayaraq, bunun xəstə haqda lətifəni xatırladığını bildirir: “Ehtimal var ki, canlıdır, lakin artıq ölüb”.

Qeyd edək ki, Ankara səfəri zamanı Vladimir Putin bu layihədən imtina etdiyini açıqladı və Rusiya qazının Avropaya çıxarılması marşrutu kimi Türkiyə ərazisini göstərdi. Avropanın qaz təchizatında paya malik olan Azərbaycan üçün enerji xəritəsindəki bu dəyişiklik vacibdir. Bakıda prosesləri ciddi şəkildə izləyirlər. “Cənub qaz dəhlizi” Moskva layihələrindən yan keçsə də, Rusiya qazının Azərbaycan qazının keçdiyi Türkiyə marşrutu ilə getməsi planları Bakını düşündürən məsələlərdəndir.


Burda pis və yaxşı olmaqla iki variant var: Birincisi, Rusiya qazının Türkiyəyə vasitəsilə Avropaya çıxarılması Azərbaycanın enerji bazarına mənfi təsir edə bilər.

İkincisi, Rusiya qazı Türkiyəyə qədər gətirilir, oradan isə Bakı və Ankaranın birgə layihəsi olan TAP-a qoşularaq Avropaya çıxır. Bu Bakıya əlavə siyasi və iqtisadi dividentlər gətirə bilər.

Hələlik bu variantlardan hansının həqiqət olduğunu demək çətindir. Daha çox üçüncü variant önə çəkilir: Bakı və Moskva qazı ayrı-ayrı marşrutlarla gedəcək və bir-birinə təsir etməyəcək.


Dünyada enerji xəritəsinin dəyişdiyinə dair fikirlər gücləndiyi bir vaxtda, Rusiyanın “Cənub axını” layihəsindən imtina etməməsi haqda xəbərlər də mütəmadi olaraq peyda olur. Bu ehtimalı gücləndirən səbəblər də var.

Misal üçün, Rusiyanın “Qazprom” şirkətinin saytında sonuncu xəbər ötən ilin 24 noyabr tarixində şirkətin İtaliyanın ENİ şirkəti ilə əməkdaşlığı müzakirə etməsi haqdadır.

Dekabrın 2-də isə Putin və şirkətin rəhbəri Miller Ankarada “Cənub axını” layihəsinin bağlanması haqda açıqlama versələr də, şirkətin saytında bu haqda heç bir məlumat yerləşdirilməyib.


Məlumatlara görə, Rusiya Qara dənizin dibi ilə Türkiyəyə qaz kəməri çəkərək, onu Yunanıstana qədər uzatmaq və qazını Cənubi Avropaya çıxarmaq istəyir. Lakin “Bloomberg” bu layihəni qeyri-real hesab edir.

Digər tərəfdən, Ukrayna münaqişəsindən sonra Rusiyanın imici ciddi zədələnib və Avropada rus qazına tələbat aşağı düşüb.

“Məhz buna görə, Avropa Birliyi alternativ enerji mənbələri axtarışındadır. Əsas mənbələrdən biri də Türkiyənin müttəfiqi Azərbaycandır”, - “Bloomberg” yazır.


“Cənub axını” müəmmasında daha çox Türkiyənin marağı görünür. Prinsip etibarilə Ankara Rusiya ilə daha sıx bağlanmaq istəyir. Lakin bu, onun Rusiyanın “qaz iynəsinə” oturmağa qərar verməsi demək deyil. Türkiyə həqiqətən də öz qaz idxalını diversifikasiya edir. Yəni, təkcə “Qazprom” yox, İran və Azərbaycandan da mavi yanacaq alır. Planlarda Türkmənistan və Əlcəzairdən SPQ (mayeləşdirilmiş qaz - red) qazının alınması da var.

“Bloomberg” yazır ki, Rusiya qazının Türkiyədən keçməsində Moskvadan çox Ankara maraqlıdır. O həm də daha ucuz qiymətə qaz əldə edəcək. Ehtimal var ki, Ankara buna nail olacaq. Xüsusilə Rusiyanın üzləşdiyi hazırki situasiyada bunda Moskva da maraqlıdır. Bütün hallarda Rusiya üçün Çin variantından fərqli olaraq, Türkiyə variantı daha effektlidir.


Nəşr Bakı qazının taleyi haqda iddialara da toxunur. Qeyd edir ki, Rusiya qazının Türkiyədən keçsə belə, Azərbaycan qazı əhəmiyyətini itirməyəcək. Çünki Avropa Rusiyadan fərqli enerji mənbələrində daha çox maraqlıdır. Digər tərəfdən, müttəfiq olaraq Türkiyə də son məqamda Azərbaycanın marağını müdafiə edəcək.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm