Nida.az
“The New Republic”: “Bu mübarizədən İlham Əliyev qalib çıxdı”
“Ermənistan Avrasiya İttifaqına daxil oldu. Lakin rəsmi İrəvan Dağlıq Qarabağı bu birliyə aparmağı bacarmadı”.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “The
New Republic” nəşri çökən Rusiya iqtisadiyyatı və Avrasiya
İttifaqının gələcək taleyindən bəhs edən məqaləsində bildirib.
Nəşr Ermənistanın ittifaqa qəbul edilməsini Moskvanın böyük səhvi
adlandırıb: “Bu, genişlənmə xəttini əsas götürərkən, daxildən
zəifləmə deməkdir. Ərazi mübahisələri olan ölkələrin ittifaqa
qəbulu qadağan olunsa da, yanvar ayının başlanğıcında Ermənistan
Avrasiya İttifaqına daxil oldu. İrəvan işğal etdiyi Azərbaycan
torpaqlarını – Qarabağı özü ilə birlikdə apara bilmədi.
Bu mübarizədən Azərbaycan Prezidenti İlham Əliyev qalib çıxdı. Hələ ittifaqın ilk təsis toplantısında Əliyev manevr edərək Sərkisyanın qarşısında sədd çəkə bilmişdi. Bu işdə Nazarbayev də Bakıya dəstək verdi. Nazarbayevin digər narahatlığı zəif Ermənistan iqtisadiyyatına lazımsız yerə kömək etmək məcburiyyətində qalmaq idi. Nazarbayev bu məsələdə Lukaşenkonu da inandırmağı bacarmışdı. Onlar Ermənistanın üzvlüyünə mane ola bilməsələr də, hər halda Qarabağ münaqişəsinin ittifaqın daxilinə daşınmasının qarşısını ala bildilər. Bu, həm də regionda güclü Azərbaycanla münasibətlərin pozulmasının qarşısını aldı”.
Nəşr Ermənistanın ittifaqa girişindən sonra Dağlıq Qarabağda
separatçı rejimin iqtisadi çətinliyinin daha da artacağını qeyd
edib.
“The New Republic” Ermənistandan sonra zəif iqtisadiyyata malik
Qırğızıstanın ittifaqa gəlişini şərh edib.
“Bu, gələcək üçün ciddi narazılığın əsasını qoyur. Çünki Astana,
yaxud Minsk acları doydurmaqdan tez, ya gec imtina edəcək və
ittifaq daxilində qarşıdurma genişlənəcək”, - deyə nəşr
vurğulayıb.
Asif Nərimanlı
-
Avropa02:43
Makronu xoruza bənzətdilər
-
İdman02:19
“Liverpul”u və Kloppu təhqir edən hakim qovuldu
-
Yaxın Şərq01:15
İsrail Suriyadakı silah anbarlarını bombaladı
-
Qoroskop00:35
Günün qoroskopu: Yeni işlərə hazır olun!
-
Nəqliyyat9 Dekabr 23:55
Taksidən istifadə edənlərə ŞAD XƏBƏR
-
Hadisə9 Dekabr 23:25
Nazirliyin tabeliyindəki zavodda YANĞIN oldu
-
Hadisə9 Dekabr 23:09
Sumqayıtdakı partlayışda ölən ata və oğlunun FOTOSU
-
Nida Xəbər 9 Dekabr 22:20
Astana formatı niyə tarixə qovuşur? - Üç dövlətdən ikisi...