Nida.az
İlham Əliyev Səudiyyə Ərəbistanı kralına başsağlığı verib
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda başsağlığı verib.
Publika.az-ın “AzərTAc”a istinadən
məlumatına görə, başsağlığı məktubunda deyilir:
Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda
Əlahəzrət,
Əziz Qardaşım,
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah
bin Əbdüləziz Al Səudun vəfatı xəbərini dərin kədər hissi ilə
qarşıladıq.
Yüksək nüfuz sahibinə malik, özünün bütün fəaliyyəti ilə xalqına
hədsiz sədaqət nümunəsi göstərmiş Kral Abdullah bin Əbdüləziz Al
Səud müdrik və uzaqgörən siyasətçi kimi beynəlxalq aləmdə və
Səudiyyə Ərəbistanının tarixində silinməz iz qoymuşdu. O, müsəlman
dünyası və xalqları arasında birlik və həmrəyliyin bərqərar
olmasında böyük rol oynamışdır. Azərbaycan ilə Səudiyyə Ərəbistanı
arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və
genişlənməsində Kral Abdullah bin Əbdüləziz Al Səudun müstəsna
xidmətləri olmuşdur.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə,
qardaş Səudiyyə Ərəbistanı xalqına şəxsən öz adımdan və Azərbaycan
xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
-
İdman00:00
"Bavariya"nın baş məşqçi postuna yeni favorit BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin17 May 21:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Nida Xəbər 7 May 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"