Nida.az
Vilayət Quliyev: “Terror Avropanın mərkəzinə yol açıb”
“Bir neçə il bundan əvvəl Avropada insanlar savaş və terrorun Afrikada və digər yerlərdə ola biləcəyini düşünürdülər. İndi terror Avropanın mərkəzinə yol açıb. Bütün bunların qarşısının alınması üçün ziyalıların fəaliyyəti vacibdir. Hər bir vətəndaşdan sayıqlıq, zora qarşı mübarizə aparmaq tələb olunur”.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın
Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev
Budapeştdə keçirilən “Xocalı soyqırımına beynəlxalq hüquqi baxış və
qondarma erməni iddiaları” adlı konfransda çıxışı zamanı deyib.
Səfir Türkiyənin bu il Çanaqqala savaşının 100 illiyini qeyd
edəcəyini bildirib: “Bu il eyni zamanda Azərbaycan və Türkiyəyə
qarşı yönəlmiş bir məsələ qeyd olunur. Bu, qondarma “erməni
soyqırımı”dır. Məlumdur ki, 1915-ci ildə Türkiyədə soyqırım
olmayıb. Bu kimi hadisələrin qarşısının alınması üçün diplomatlar,
elm adamları, ziyalılar ciddi fəaliyyət göstərməlidir. Azərbaycanın
Macarıstandakı səfirliyinin əsas istiqamətlərindən biri bu
olub”.
Türkiyənin Macarıstandakı səfiri Şakir Fakılı isə Azərbaycanın son
illərdə sürətlə inkişaf edən ölkəyə çevrildiyini diqqətə çatdırıb:
“Bir neçə dəfə Bakıda olmuşam, Bakı çox gözəl şəhərdir və hər
birinizə orada olmağı tövsiyə edirəm”.
Səfir daha sonra Azərbaycanın 90-cı illərdə yaşadığı problemlərdən, ərazilərimizin işğalından danışıb.
Soyqırımı həqiqətlərinin Tanıdılması İctimai Birliyi,
Macarıstan--Azərbaycan qardaşlıq Cəmiyyətinin təşkilatçılığı və
Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə keçirilən
konfransda “Qafqazın parlayan ulduzu - Azərbaycan” kitabının da
təqdimatı keçirilib.
Kitabın həmmüəllifi macar jurnalist Borbala Obruzanski Azərbaycanın
sürətli inkişafından, tarixi, mədəniyyəti, mətbəxindən danışıb və
kitabı təhlil edib.
Kitabının azərbaycanlı həmmüəllifi, Soyqırımı həqiqətlərinin
Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov Xocalı
soyqırımından danışaraq, bu faciənin bəşəriyyət tarixində insanlığa
vurulmuş ən dəhşətli zərbələrdən biri olduğunu deyib: “Faciənin
dəhşətlərini yaşamış birisi olaraq, o gün haqqında danışmaq və onu
göz önünə gətirmək mənim üçün heç də asan deyil. Xocalı soyqırımı
erməni millətçilərinin düşündüyü kimi türklərə deyil, bütövlükdə
bəşəriyyət və insanlığa qarşı həyata keçirilmiş soyqırımı
aktıdır”.
Ceyhun Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin apardığı
uğurlu siyasət nəticəsində erməni yalanlarının ifşa olunduğunu
diqqətə çatdırıb.
“Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın və fondun vitse-prezidenti Leyla xanım
Əliyevanın başçılığı ilə “Xocalıya ədalət” kampaniyası adı altında
aparılan ciddi fəaliyyətlər uğurlu nəticələr verir. Artıq
kampaniyanın nəticəsi olaraq, bir çox ölkə parlamentləri Xocalı
soyqırımını gündəliyə çıxararaq müzakirə edərək pisləyiblər.
Bununla yanaşı, baş verənləri soyqırımı aktı kimi tanıyan
qətnamələr qəbul edilib. Tarix boyu insanlığa, xüsusən türklərə
qarşı dəfələrlə soyqırım aktı törədən ermənilər bu gün yalanları
ilə tarixdə olmayan bir şeyi uyduraraq, qondarma “erməni
soyqırımı”nı dünyaya sırımaq istəyirlər. Amma nədənsə heç bir
tarixi araşdırmaya ehtiyacı olmayan, 22 il bundan öncə dünyanın
gözü qarşısında baş verən Xocalı soyqırımına lazımi səviyyədə
hüquqi qiymət verilməyib. Bu da bəzi təşkilatlar və dövlətlərin
ikili standart yanaşmasının nəticəsidir. Burada çox maraqlı bir
macar atalar sözünü xatırlatmaq yerinə düşərdi: “Meşəyə girən ağacı
görmürsə, deməli kordur”. Azərbaycan xalqı ilə macar xalqının bir
çox ortaq dəyərləri var. Əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş Macarıstan-Azərbaycan əlaqələri bu gün cənab prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Həmişə haqqın
və ədalətin yanında olan Macarıstan dövlətinin də Xocalı
soyqırımına hüquqi qiymət verəcəyinə ümid edirik. Macarıstanın da
Xocalı soyqırımını tanıyan ölkələr siyahısında olmasını çox
istəyərdik”, - deyə o bildirib.
Səfir V. Quliyev “Qafqazın parlayan ulduzu - Azərbaycan” kitabının
Azərbaycanın Macarıstanda tanıdılması üçün önəmli rola malik
olduğunu bildirib.
Hollandiya Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov isə erməni
yalanlarından danışıb. O, ermənilərin tarixi necə saxtalaşdırması
ilə bağlı faktlar sadalayıb.
Macar alimləri də Azərbaycanla bağlı fikirlərini bölüşüblər. Konfransa Azərbaycandan həmçinin Diaspor Jurnalistləri Birliyinin idarə heyətinin üzvləri də qatılıblar.
Asif Nərimanlı
-
Rəsmi xronika17:07
İlham Əliyev daha bir sərəncam imzaladı
-
MDB16:22
Bu türk dövlətində 4 terror aktının qarşısı alındı
-
Sosial16:03
Ziya Hacılıya yüksək vəzifə verildi
-
Magazin115:16
Bu məşhurlar Elgizin qohumu imiş - VİDEO
-
Rəsmi xronika14:12
İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz13:33
Paşinyan telefondakı intim yazışmaları oxudu və... - İrəvanda siyasi böhran
-
Dünya13:21
Əks-hücum olacaq, Həma çölündə müdafiə xətti gücləndirilir: Xəritə dəyişəcək
-
İdman12:40
Messi ilə bağlı unikal faktlar: Pepi qəzəbləndirib, qorxuya belə qalib gəlib - FOTOLAR