Nida.az
Əli Əhmədov girovlarla bağlı ədalətli qərarın qəbul ediləcəyinə ümid edir
“Güman edirəm ki, beynəlxalq qurumlar qaldırılan cinayət işi ilə əlaqədar ədalətli qərar qəbul edə biləcəklər”.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Baş nazirinini müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılar Dilqəm Əsgərov, Şahbaz Quliyev və qətlə yetirilmiş Həsən Həsənovla bağlı Avropa Məhkəməsinə edilən müraciətə və Həsən Həsənovun qətlə yetirilməsi ilə bağlı Kəlbəcər rayon prokurorluğunun qaldırdığı cinayət işinə münasibət bildirərkən jurnalistlərə deyib.
Ə.Əhmədovun sözlərinə görə, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, indiyə qədər beynəlxalq qurumların Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə əlaqədar qaldırmaq istədikləri təşəbbüslər nəticə verməyib: “20 ildən çoxdur ki, Azərbaycan əraziləri işğal altındadır. Ancaq BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və beynəlxalq qurumların qərarlarının olmasına baxmayaraq, erməni tərəfi işğal etdiyi Azərbaycan ərazilərini azad etməkdən imtina edir. Buna görə də beynəlxalq qurumların qəbul edəcəyi qərarların ədalətli olması və yaxud ədalətli qərar qəbul edərlərsə belə, həmin qərarların yerinə yetirilməsi ilə bağlı azərbaycanlılarda böyük inamsızlıq yaranıb”.
O, qeyd edib ki, Azərbaycan tərəfi istənilən məsələnin ədalətli həll olunması üçün əlindən gələni edəcək: “Bu prosesin özü Ermənistanın nə qədər təcavüzkar mövqedə dayandığını bir daha bütün dünyaya nümayiş etdirir”.
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
Magazin111:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı