Nida.az
Müsavat Divanı KQB üsulları ilə idarə olunur – Şok İddia
Başqanlığına keçmiş namizəd, Qubad İbadoğlunun təsis
etdiyi ADR hərəkatının üzvü Səxavət Əlisoy Müsavat Divanını KQB
adlandırıb.
Publika.az xəbər verir ki, S. Əlisoy Divanda KQB dəsti-xəttinin açıq-aşkar ortada olduğunu bildirib: “Ötən ilin noyabrında məni və Əlövsət Talışxanlını Hacılının Divanına çağırdılar. İndi Qubad İbadoğlunu və Ellada Məmmədlini dəvət ediblər. Vurğun Əyyubu niyə çağırmadıqlarını maraqlıdır. Dünən Divanda Ellada xanımla Qubad bəy barəsində “hökm” verildiyi xəbəri yayıldı. Bu gün Divanda təmsil olunan hüquqşünas Osman Kazımov bəyan edir ki, Qubad İbadoğlu və Ellada Məmmədlinin Müsavat Partiyasından çıxarılacağı ilə bağlı fikirlər yanlışdır. Divanın digər üzvü, hörmətli biyanşünas Gülağa Aslanlı isə açıqlayıb ki, Qubad İbadoğlu və partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin Divana çağırılmağında məqsəd heç də onların partiyadan kənarlaşdırılması deyil.
KQB dəsti-xətti aşıq-aşkar ortadadır. 1937 - 1991-ci illərdə də
müstəqil düşüncə sahiblərini, biət etməyənləri, mədhiyyə
yazmayanları sorğu-sual üçün KQB-yə çağırırdılar. Sonra da
“xəyanətkar” adlandırıb cəza verirdilər. Baş verən olaylara bağlı
Hacılının ətrafındakı biətçilər istisna olmaqla azad müsavatçıların
düşüncələri təkcə mənim üçün deyil, bütün Müsavat cameəsi üçün
maraqlıdır”.
Asif
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ