Nida.az
Rauf Arifoğludan Müsavatda baş verənlərə MÜNASİBƏT
Müsavat Partiyasının üzvü, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu partiyada baş verənlərlə bağlı mövqeyini açıqlayıb.
Publika.az xəbər verir ki, R. Arifoğlu rəhbərlik
etdiyi KİV-in baş verənlərlə bağlı daim balansı saxlamağa
çalışdığını deyib: “Müsavat Partiyasının son qurultayı ərəfəsi və
ondan sonra nə qədər çətin olsa da, rəhbərlik etdiyim KİV-lərdə
balansı qorumağa çalışdım. Çox çətindir. Çünki bu KİV-lərin əsas
simaları ya müsavatçıdırlar, ya da siyasətlə bilavasitə
məşğuldurlar. Bütün bunlara baxmayaraq, iddiaçılara, daha sonra isə
tərəflərə bərabər səviyyədə yer verməyə çalışdıq.
İndi də bu mövqedəyik. Dəyərli dostumuz Qubad İbadoğlunun Müsavatdan çıxarılmasına üzülüb, bunu fikir yazısına çevirən Xalid Kazımlının yazısı da, digər əməkdaşlarımızın “facebook” açıqlamaları da musavat.com saytının, “Yeni Müsavat” qəzetinin balans mövqeyindən ayrılıb, partiyaya qarşı çıxması anlamına gəlməməlidir. “Yeni Müsavat” ailəsinə daxil olan saytları da mən idarə edirəm və mənim mövqeyimsə budur: Hər hansı bir partiyanın, o cümlədən də üzvü olduğumuz Müsavatın daxili işlərinə qarışmaq peşəmiz baxımından doğru deyil. Onun nizamnamə fəaliyyətini təftiş etmək, qosqoca bir partiyanı bolşevizmdə suçlamaq, verdiyi qərarlara görə mühakimə etmək qəzetçi-jurnalist üçün yolverilməzdir. Biz yenə xəbər verək, tərəfləri danışdıraq, lakin mühakimə jurnalistin, yazarın işi deyil. Bunu tərəflərin özünə buraxmalıyıq”.
R. Arifoğlu Müsavat başqanı Arif Hacılıya etimadının bütöv olduğunu
bildirib.
“Müsavat Partiyası Azərbaycanın ən böyük dəyəridir, demokratiya
şansıdır və belə olmaqda da davam edəcək. Onun indiki başqanı
Arif Hacılıya da,
əski başqanım İsa Qəmbərə də şəxsən mənim etimadım tamdır, onlar bu
etimadımı zədələyəcək hər hansı fəaliyyətdə bulunmayıblar”, - deyə
o bildirib.
Asif
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO