Ordumuzun irimiqyaslı hərbi təlimləri sona çatdı
Bizi izləyin

Nida.az

Ordumuzun irimiqyaslı hərbi təlimləri sona çatdı

Azərbaycanda irimiqyaslı hərbi təlimlər sona çatıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən təlimlərə cəlb olunan məsul zabitlərin iştirakı ilə irimiqyaslı təlimlərin yekunlarına dair müşavirə keçirilib.

Publika.az-ın nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, toplantıda çıxış edən müdafiə naziri döyüş şəraitinə maksimal uyğun, praktiki atışlarla icra olunan təlimləri təhlil edərək şəxsi heyətin döyüş hazırlığını, peşəkarlığını yüksək qiymətləndirib.

Z.Həsənov belə təlimlərin keçirilməsinin vacibliyini diqqətə çatdırıb və komandir-rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm