Nida.az
“Arif Hacılı Mirbaba Babayevi ən qeyri-obyektiv adlandırırdı”
“Arif Hacılı 15 il əvvəl bir neçə müsavatçının yanında “Mirbaba bəy Müsavatda ən obyektiv adam imici olan ən qeyri-obyektiv adamdır” deyirdi. Sonra bu fikri tapıntı kimi tez-tez təkrarlayırdı”.
Publika.az xəbər verir ki, bu barədə Müsavat
Partiyasından repressiyalara etiraz olaraq istefa verən Əlövsət
Talışxanlı deyib.
Ə. Talışxanlı Müsavat nizamnaməsinin müəlliflərindən olan Mirbaba
Babayevin Qubad İbadoğlunun çıxarılmasına haqq qazandırmasını sərt
tənqid edib.
“Arif Hacılının səmimiliyinə inanaq, yoxsa sizin obyektivliyinizə?”
– deyə o M. Babayevə müraciət edib.
Ə. Talışxanlı Müsavatda yaranmış böhranın əsl səbəbini də
açıqlayıb: “Müsavat Partiyasında yaranmış indiki böhranın əsası
VIII qurultayda deyil, ondan çox-çox əvvəl, Arif Hacılı partiyanın
təşkilat məsələləri üzrə katibi seçiləndə qoyulmuşdu. Ondan qabaq
bu vəzifəni Mirbaba Babayev tuturdu. Keçən bu illər ərzində
xarakterindəki qüsurlarla bağlı xeyli müsavatçı Arif Hacılını qəbul
etmirdi. Yaranmış böhranın ən başlıca səbəbi də belə keyfiyyətlərə
malik insanın partiya başqanlığına gətirilməsidir”.
Asif
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Bu yay varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO