Nida.az
“Vaşinqton üçün Cənubi Qafqazın qiyməti artıb” – rusiyalı ekspert
“ABŞ Cənubi Qafqaz ölkələrinə xüsusi diqqət ayırmaqda davam edir. Bu regionda Vaşinqtonun maraqlarının azaldığını demək çətindir. Xüsusilə Ukraynadan sonra Cənubi Qafqazın önəmi daha da artdı”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya xarici
siyasət tədqiqatlar və təşəbbüslər institutunun baş direktoru,
Rusiya Federasiyası İctimai Palatasının üzvü Veronika
Kraşeninnikova deyib.
Onun sözlərinə görə, iyul-avqust aylarından etibarən regionda
NATO-nun hərbi təlimləri güclənib, müxtəlif amerikalı məmurların
səfərləri müşahidə olunub: “ABŞ bu regionun əhəmiyyətini əla
anlayır və Ukrayna böhranı kontekstində region ölkələrinin
əhəmiyyəti artıb. Bununla bağlı biz “ABŞ və NATO-nun Cənubi
Qafqazda strateji planları” məruzəsini hazırlamışıq.
Təfərrüatlarına nəzər saldıqda, amerikalılar və müttəfiqlərinin
regiona təşəbbüs etdiklərini görürük”.
Cənubi Qafqazın ən qədim münaqişəsi olan Dağlıq Qarabağ haqda
danışan rusiyalı analitik hesab edir ki, bu, keçmiş SSRİ, onun
varisi Rusiya, Azərbaycan və Ermənistan tarixində ən faciəli
səhifələrdən biridir: “Bu münaqişə bir şeyi sübut etdi: çoxmillətli
quruluşların dağılmasında belə millətlərarası münaqişələr əvəzsiz
rol oynayır. Necə ki SSRİ-nin, eləcə də Yuqoslaviyanın taleyində
biz bunu müşahidə etdik. Bu gün Ukraynanın Cənub-Şərqində baş
verənlər də bir növ bu tarixi dərsləri xatırladır”.
Onun sözlərinə görə, Rusiyanın münaqişələrin həllində təcrübəsi
var. V. Kraşeninnikova regionda sülhün və sabitliyin olmasını
Rusiya üçün əhəmiyyətli amil adlandırıb.
“Rusiya bu gün Azərbaycan və Ermənistanla uğurlu əməkdaşlıq edir.
Bakı ilə münasibətlər öz dinamikası ilə seçilir. Bizim siyasi,
iqtisadi, hərbi əməkdaşlığımız mövcuddur. Bu münasibətlərdə
Azərbaycan rəhbərliyini siyasi müdrikliyini xüsusilə qeyd etmək
lazımdır. Bu müdrikliyin nəticəsində Rusiya-Azərbaycan
münasibətlərinin perspektivləri yüksək səviyyədə qalır”, - deyə o
vurğulayıb.
Rusiyalı analitik Ermənistanla münasibətlərə toxunub və bu ölkənin
Avrasiya İqtisadi İttifaqında təmsil olunması faktoruna diqqət
çəkib.
V. Kraşeninnikovaya görə, Cənubi Qafqaza kənar müdaxilələrdən
sığortalanmaq üçün münaqişələr həll olunmalıdır.
Asif Nərimanlı
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var