Nida.az
Amerikadan Qarabağda müharibə anonsu – ŞOK İDDİA
Yayda Dağlıq Qarabağda müharibə başlaya bilər.
Publika.az xəbər verir ki, belə bir şok iddia ilə
ABŞ-ın “Newsweek” jurnalı çıxış edib.
Son aylar təmas xəttində gərginliyin artmasından bəhs edən jurnal
yazır ki, bir il ərzində atəşkəs 5 min dəfə pozulub: “Dağlıq
Qarabağda atəşkəs rəsmən 1994-cü ildə elan olunub. Lakin sərhəd
boyu atışmalar indiyə qədər zaman-zaman baş verir. Ekspertlər son
dövrlər baş verən atışmaların miqyasını daha yüksək hesab edirlər.
Çünki iriçaplı texnikalardan da istifadə halları var. Baş verənlər
müharibə ehtimalını artırır”.
Jurnal Rusiyanı münaqişəni qızışdırmaqda ittiham edir.
“Rusiya Ermənistana da, Azərbaycana da silah satır. Hər iki ölkə
ordunun təchizatına ciddi fikir verir. Bu, mümkün müharibəyə
hazırlaşmaqdır. Analitiklər bu ilin yayından etibarən müharibənin
başlaya biləcəyi ehtimalını müdafiə edir. Rusiyanın özü də regionda
təsirini qorumaq üçün belə bir müharibədə maraqlı ola bilər”, -
deyə məqalədə bildirilir.
Londonda yerləşən Müharibə və Sülh İnstitutunun rəhbəri Con Makleod
“Newsweek”ə açıqlamasında müharibə təhlükəsinin həmişə olduğunu
deyib. Onun sözlərinə görə, hazırda təmas xəttində baş verənlər bu
təhlükəni artırır.
“Biz müharibədə Rusiyanın iştirakı, yaxud onun maraqları haqda
dəqiq danışa bilmərik. Lakin ruslar getdikcə aktiv regional oyunçu
kimi çıxış edir və bu oyunlarda onların maraqları şübhəsizdir”, -
deyə ingilis ekspert vurğulayıb.
Con Makleod Rusiyanın “müharibə təhlükəsi”ni bəhanə edərək öz
“sülhməramlılarını” regiona yeridə biləcəyini istisna etmir.
Ermənistandan olan ekspert Riçard Kirakosyan da Rusiyanın
münaqişədən regiona müdaxilə üçün istifadə edə biləcəyini deyib.
Onun sözlərinə görə, Moskva region ölkələrinə qarşı əlavə təsir
imkanı əldə etmək üçün münaqişəni qızışdıra və “sülhməramlı
qüvvələrini” yeridə bilər.
“Newsweek” ABŞ-ın Dağlıq Qarabağın qondarma rejiminə maliyyə
yardımı ayırmasına da toxunub. Bunun Azərbaycanda narahatlıqla
qarşılandığını bildirib.
“Hər iki tərəf son aylarda silahlardan istifadədə daha həvəsli
görünür. Bu isə sülh danışıqlarını iflasa uğradır. Baş verənlər
yaxın vaxtlarda müharibə başlaya biləcəyini deməyə əsas verir”, -
deyə jurnal qeyd edib.
Qeyd edək ki, ötən ayın sonlarında rusiyalı politoloq Andrey Petrov
Ermənistanın may ayında təmas xəttində təxribatı genişləndirəcəyini
açıqlamışdı.
“Qarşıdakı üç ayda cəbhədə gərginlik tədricən artacaq. Bu, iyun ayında Azərbaycanın I Avropa Yay Oyunlarını keçirməsi ilə bağlıdır və İrəvan həmin ərəfədə fəallaşmağa cəhdlər edəcək. Ermənistan faktiki olaraq sosial və iqtisadi göstəricilərə görə Azərbaycandan geri qalır. İrəvana münaqişə həm də iqtisadi məğlubiyyəti ört-basdır etmək üçün lazımdır. Digər tərəfdən, “erməni soyqırımı”nın 100 illiyi və I Avropa Yay Oyunları təxribatlar üçün əlverişli məqamdır”, - deyə politoloq qeyd etmişdi.
Asif Nərimanlı
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Bu yay varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...