Nida.az
Azay Quliyevin ATƏT-də tarixi çıxışı: “Minsk qrupu əvəz olunsun”
Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev ATƏT PA-da Almaniya və Türkiyənin Minsk qrupu həmsədrliyinə gətirilməsi ilə bağlı təkliflə çıxış edib.
Publika.az xəbər verir ki, millət vəkili Minsk
qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyini deyib.
“Diqqətinizi 20 ildən artıq müddətdir davam edən
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə
yaradılmış, lakin ötən dövr ərzində heç bir uğurlu nəticə əldə
etməmiş Minsk qrupunun həmsədrləri ilə bağlı irəli sürmək istədiyim
bir təklifə çəkmək istəyirəm”, - deyə o, ATƏT PA-nın üzvlərinə
müraciət edib.
A. Quliyev qeyd edib ki, Minsk qrupunun uğursuzluğu daha effektiv
mexanizmlər və yeni yanaşmalar axtarmağa vadar edir: “Belə hesab
edirəm ki, hər şeydən öncə biz həmsədrlik institutunun tərkibini
nəzərdən keçirməli və formatı digər iştirakçı dövlətlərin cəlb
edilməsi ilə genişləndirməliyik. Bu baxımdan, ən münasib ölkələrin
Almaniya və Türkiyə ola biləcəyini nəzərə alaraq hər iki dövlətin
cəlb edilməsi ilə biz Minsk qrupunun hazırkı həmsədrlik institutunu
“5-lik Sədrlər Şurası” ilə əvəzləyə bilərik”.
Millət vəkili bu təklifini arqumentlərlə əsaslandırıb.
“Niyə məhz Almaniya və Türkiyə? Almaniya hər iki münaqişə tərəfi
ilə sıx əməkdaşlıq edir. Bundan əlavə onun hazırkı üç həmsədr
dövlət olan ABŞ, Rusiya və Fransa ilə yaxın əməkdaşlıq çərçivəsində
Avropa Birliyinin potensial imkanları və resurslarından, xüsusilə
də Azərbaycan və Ermənistanın da üzv olduğu Şərq Tərəfdaşlıq
proqramından effektiv şəkildə istifadə imkanları vardır. Bu
təşəbbüslə çıxış edərkən sizə Almaniya kansleri xanım Angela
Merkelin Ermənistan və Azərbaycan arasında mövcud olan münaqişənin
həllində öz ölkəsinin fəal rol oynamasında maraqlı olduğu və buna
hazır olması barədə bəyanatını xatırlatmaq istəyirəm. Türkiyənin
isə Qafqazda çoxəsrlik tarixi əlaqələri və təsir imkanları var.
Türkiyə bu imkanları yuxarıda adları çəkilən digər 4 ölkənin
resursları ilə birləşdirməklə tərəflərin qısa müddət ərzində sülh
sazişini imzalamasına öz töhfəsini verə bilər.
Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması və əlaqələrinin yenidən qurulması istiqamətindəki danışıqlarını, Türkiyənin isə bu normallaşma prosesinin Dağlıq Qarabağ probleminin həllindən asılı olması ilə bağlı mövqeyini buna əlavə etsək, Türkiyənin həmsədrliyi bu baxımdan məntiqi və müsbət hesab edilə bilər. Ona görə də ATƏT-in hazırkı sədri, Serbiyanın xarici işlər naziri cənab Ivica Dacicdən, eləcə də ATƏT Nazirlər Şurasından xahiş edirəm ki, bu təklifimi mövcud qaydalar çərçivəsində nəzərə alsınlar”, - deyə millət vəkili qeyd edib.
Asif
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı