Nida.az
Prezident İlham Əliyev Mədinədə Peyğəmbər məscidini ziyarət edib - FOTO
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı
Krallığına rəsmi səfəri çərçivəsində aprelin 7-də Mədinə şəhərində
olub.
Dövlətimizin başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və
ailə üzvləri burada Peyğəmbər məscidini ziyarət ediblər.
Peyğəmbər məscidində din xadimləri dövlətimizin başçısını böyük
hörmət və ehtiramla qarşıladılar.
Sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə
üzvləri Peyğəmbər məscidində namaz qıldılar.
Peyğəmbər məscidi və ya Məscid ən-Nəbəvi adlanan bu müqəddəs məkan
dünyanın ən böyük məscidlərindən biridir. İslamda Məkkədəki
Əl-Həram məscidindən sonra ikinci müqəddəs ocaq hesab olunan
Peyğəmbər məscidi hicrətdən sonra Mədinədə Məhəmməd peyğəmbər və
əshabı tərəfindən inşa edilib. Sahəsi 400 min kvadratmetr olan
məscidin 10 minarəsi var.
Bu məsciddə Məhəmməd peyğəmbərin dəfn olunduğu yerə müstəsna
hallarda ali qonaqların daxil olmasına icazə verilir. Səudiyyə
Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində böyük hörmətlə
qarşılanan Prezident İlham Əliyevə olan yüksək münasibətin və onun
nüfuzunun nəticəsi idi ki, dövlətimizin başçısına Peyğəmbər
məscidində dərin ehtiram göstərildi, Məhəmməd peyğəmbərin dəfn
olduğu yer müstəsna hal kimi ali qonağın və ailə üzvlərinin
ziyarəti üçün açıldı.
Məscidlə tanışlıq zamanı buraya toplaşan insanlar da Azərbaycan
Prezidentinə öz hörmət və ehtiramlarını bildirdilər, onlar
dövlətimizin başçısına səmimi salamlarını çatdırdılar.
Məhəmməd peyğəmbərin vaxtında bu məscid Rəsulullahın Mədinədə bütün
fəaliyyətinin mərkəzi olub. Buna görə də Peyğəmbər məscidi faktiki
olaraq həmin dövrdə İslam ümmətinin mərkəzi hesab edilirdi. Miladi
təqvimlə 632-ci ildə həzrəti Məhəmməd (s) dünyasını dəyişdikdə
hazırda Peyğəmbər məscidi kompleksinə daxil olan evində dəfn
edilib. Hər il Məkkəyə Həcc ziyarətinə gedən zəvvarlar ənənəvi
olaraq Mədinəyə gələrək Peyğəmbər məscidində həzrəti Məhəmmədin
məzarını da ziyarət edirlər.
Məscid kompleksi müasir texnologiyalar, həmçinin Şərq və İslam
mədəniyyətinin vəhdət təşkil etdiyi gözəl memarlıq üslubunda
yenidən inşa edilib, ərazisi genişləndirilib. Hazırda burada 650
min müsəlmanın eyni vaxtda ibadətlə məşğul olmaq imkanı var.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı
Mehriban Əliyevanın Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri
aprelin 7-də başa çatıb.
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi