Nida.az
“Mehriban Əliyeva İtaliyada ən çox tanınan azərbaycanlıdır”
İtaliyanın “Gazoweb” agentliyinin rəhbəri Fabrizio Napoli Diaspor Jurnalistləri Birliyi (DJB) “Azərbaycanın xaricdəki əcnəbi dostları” layihəsi çərçivəsində müsahibə verib. F. Napoli Azərbaycanı çox sevdiyini və ölkəmizin dünyada təbliğini aparmaq arzusunda olduğunu bildirib.
Publika.az həmin müsahibəni təqdim edir.
- Azərbaycanın hansı əsas xüsusiyyəti sizə bu torpağı
sevdirir?
- Məni heyrətləndirən o qədər də böyük olmayan bu ərazidə olan
məftunedici landşaft dəyişkənliyi və tarixi abidələr oldu. Gündəmdə
olan iqtisadiyyat və ictimai inkişafın çiçəklənməsi ilə qarışıq bu
gözqamaşdıran təbii və mədəni irs mənim kimi Avropa adamını belə
məftun edir. Görünür, Azərbaycanın bugünkü həyat tərzi, Asiya
dinamikası ilə maraqlı qarışığı, mədəniyyətinin özünəməxsus şəkildə
qorunub saxlaması əksər Aralıq dənizi ölkələrinin etdiyi tərzdədir.
Məncə, bu xüsusiyyətlər, hətta qısa bir vaxt ərzində hər hansı bir
ziyarətçiyə unikal və intensiv səyahət təcrübəsi əldə etmə imkanı
yaradır.
- Nə vaxtsa bura gəlib reportaj etmək fikrində
olmusuz?
- Əlbəttə. Jurnalist kimi olmasa da, yorulmaz bir səyahətçi olaraq
mən özümün xaricdəki təcrübələrim barəsində tez-tez yazıram və
Azərbaycan növbəti dayanacağımdır. Öz şəxsi gündəliyimdə daha çox
bu ölkənin torpağının və gözəlliyinin beynəlxalq tutumunu görmək
istərdim. Mən belə düşünürəm ki, Azərbaycan özünü beynəlxalq
ictimaiyyətə açmaq üçün daha effektiv addımlar atacaq. Amma onu
deməliyəm ki, internetdə Azərbaycan haqqında məlumat əldə etmək
üçün resurslar lazım olduğundan çox azdır.
- Nə vaxtsa İtaliya mediasına məqalə təqdim etmək
istəmisiniz?
- 2013-cü il mən səyahətçi bloqlarına və böyük jurnallara Livan
səyahəti barəsində xəbər vermişəm. Lakin çox azı maraq göstərildi,
əsasən çap etməkdən imtina etdilər. Ümumiyyətlə, İtaliyanın
beynəlxalq əhatə mədəniyyəti çox kasıbdır və yaxın gələcəkdə bunun
yaxşıya doğru dəyişməsi məni təəccübləndirər. Lakin gənc nəsillər
ənənəvi mediadan yan keçərək onlayn platformalarda və şəbəkələrdə
digər mədəniyyətləri daha tez araşdırma aparıb tapırlar.
- Azərbaycanda məşhurlardan kimi tanıyırsınız?
- Azərbaycandan İtaliyada ən çox birinci xanımı Mehriban Əliyeva
tanınır.
İtaliyada mədəni abidələrin qorunub saxlanılması və digər başqa
təhsil proqramları ilə əlaqədar layihələrdə mənim şəxsən onun özü
ilə görüşmək şansım olub. Qaldı ki Azərbaycanın mədəni irsinə, mən
hələ də düşünürəm ki, Mehriban Əliyevanın cəhdləri, onun geniş
əhatəli missiyası bəhrəsini verəcək.
- Bizim ölkə ilə əlaqəli hər hansı bir layihə həyata
keçirmək niyyətiniz var?
- Daha əvvəl qeyd etdiyim kimi, Azərbaycanı bütövlükdə tanımaq üçün
ilk öncə oranı ziyarət etməliyəm. Düşünürəm ki, İtaliyanın
Azərbaycanın xarici siyasəti və bir çox mədəni proqramlarına olan
marağı bəzi hallarda kifayət qədər mənbə əldə edə bilmir. Rəsmi və
düzgün tərtib olunmuş internet məlumatları ölkənin daha dolğun
təsəvvürünü yaradacaq və səyahət imkanlarına təkan verəcək. Biz
bir-birimizi həmişə yaxşı başa düşmüşük, bunun davam etməməsi üçün
bir səbəb yoxdur.
Asif
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO