ABŞ-dan nikbin açıqlama gəldi: Neft ucuzlaşdı
Bizi izləyin

Dünya

ABŞ-dan nikbin açıqlama gəldi: Neft ucuzlaşdı

ABŞ-dan nikbin açıqlama gəldi: Neft ucuzlaşdı

Ağ Evin İranla danışıqların yenidən başlaya biləcəyi ilə bağlı nikbin açıqlamasından sonra neft qiymətləri bir qədər aşağı düşüb.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, “Brent” markalı xam neftin fyuçersləri 0,5 faiz azalaraq bir barel üçün 94,49 dollara düşüb. ABŞ-ın “West Texas Intermediate” xam neft fyuçersləri isə 0,8 faiz enərək bir barel üçün 90,59 dollar olub.

Asiya bazarları isə cümə axşamı erkən ticarətdə yüksəlib. Cənubi Koreyanın "Kospi" indeksi 1,89 faiz artıb, Honq Konqun “Hang Seng” indeksi 0,68 faiz yüksəlib, Tayvanın “Taiex” indeksi isə 0,48 faiz artım göstərib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm