Nida.az
Avropalı ekspert: “Avropa Oyunlarına qarşı kampaniya islamofobiya nümunəsidir”
Brüsseldə son dövrlər Avropada güclənən islamofobiyanı
hədəfə alan “Avropa və İslam aləmi: ortaq dəyərlərə doğru” adlı
konfrans keçirilib.
Publika.az xəbər verir ki, İslam Konfransı Gənclər Forumunun və BMT-nin Svilizasiyaların Alyansının birgə təşkilatçılığı, Böyük Britanıyanın LINKS təşkilatı ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən konfransda İslamofobiyanın müxtəlif təzahürləri haqqında müzakirələr aparılıbdır. Sözügedən müzakirələr zamanı bu ilin iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunları mövzusuna da toxunulub.
“İslamofobiya və media” mövzusu panelində çıxış edən Belçikada İslamofobia qarşı Şuranın vitse-prezidenti Həcib Əl-Həccaci öz təqdimatında bu məsələyə fərqli aspektdən toxunaraq, müsəlman ölkəsi olan Azərbaycanın I Avropa Oyunlarına ev sahibliyi etməsini Avropa qitəsində Olimpiya dəyərləri və ruhuna tarixi dəstək olduğunu, AB-nin etməsi lazım olan missiyaya sahib olduğunu bildiribdir.
“Amma son dövrlərdə biz bu kimi müsbət əməkdaşlıq nümunələrini
təqdir etmək əvəzinə bəzi Qərb mediaları tərəfindən Bakı Avropa
Oyunlarına qarşı yönəldilmiş qaralama kampaniyasının şahidi oluruq.
İlk dəfə baş tutacaq Avropa oyunlarının məhz müsəlman ölkəsində
keçirildiyini bəzi dairələrin həzm edə bilməməsindən qaynaqlanan bu
qara PR əslində İslamofobiya yanaşmasının bir təzahürüdür”, - deyə
o bildirib.
BİGŞ-in vitse-prezidenti qeyd edib ki, bu kimi ikili standartlar ilk növbədə Avropada mədəniyyətləarası münasibətlərə, dözümlülüyə qarşı yönəldiyindən, bu kimi kampaniyalarla ilk növbədə avropalılar mübarizə aparmalıdır: “Bütün provokativ cəhdlərə baxmayaraq, Avropa oyunlarının Azərbaycanda keçirilməsi bir daha bu müsəlman ölkənin qədim tarixə, zəngin mədəniyyətə malik olmasını, yüksək tolerantlıq nümunəsinin olmasını Avropaya və bütün dünyaya nümayiş etdirəcəkdir”.
Qeyd edək ki, İKGF təşkilatçılığı ilə keçirilən konfransın
işində Avropa Parlamentinin deputatları, BMT, Avropa Birliyi və
İslam Əməkdaşlıq Təşkilatının yüksək səviyyəli təmsilçiləri,
Brüsseldə akkreditə olan diplomatik korpus, eləcə də müxtəlif
“beyin mərkəzləri” və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak
edib.
Asif Nərimanlı
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...