Nida.az
Maltanın baş naziri Azərbaycana gəlir
Maltanın Baş naziri Jozef Muskat aprelin sonunda Azərbaycana gələcək.
Publika.az-ın xəbərinə görə, səfərin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir. Maltanın hökumət rəhbəri Forum çərçivəsində müzakirələrə qatılaraq “Avropa Birliyi və onun qonşuluq siyasəti” mövzusunda çıxış edəcək.
Qeyd edək ki, Jozef Muskat 2014-cü ilin dekabr ayında Azərbaycanda səfərdə olub və bir sıra rəsmi görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib.
Xatırladaq ki, uzun illər radio jurnalisti kimi fəaliyyət göstərən 41 yaşlı J.Muskat sonradan siyasətlə məşğul olaraq deputat seçilib, Leyboristlər partiyasına rəhbərlik edib. 2013-cü ilin martından isə ölkənin Baş naziri vəzifəsinə təyin olunub.
Anar Tağıyev
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO