Nida.az
“Elçibəy bunu nakişilik sayırdı”- Mütəllibova sərt etiraz
“Belə savadsız və səviyyəsiz bir müsahibənin bizim keçmiş
prezidemtimiə aid olmasına inanmaq istəmirəm. Amma əgər doğrudan da
Ayaz Mütəllibov bu müsahibənin sahibidirsə, yazıqlar
olsun”.
Publika.Az xəbər verir ki, bu barədə mərhum prezident Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli “Feysbuk” səhifəsində sabiq prezident Ayaz Mütəllibovun Elçibəyi dissident adlandırmasına münasibət bildirərkən deyib.
A. Səmədbəyli qeyd edib ki, Əbülfəz Elçibəy heç vaxt Xocalı faciəsinə görə, eyni zamanda Qarabağ məsələsinə görə daxildə düşmən axtarışına çıxmadı: “Onun tək bir düşməni var idi: Azərbaycanın bütün faciələrinin baiskarı-Rus imperalizmi. Əgər A. Mütəllibov haqq dünyasında olsaydı, jurnalist onun haqqında sual versəydi, ancaq müsbət şeylər danışardı. Çünki haqq dünyasında olan adamın arxasınca danışmağı Elçibəy nakişilik sayırdı. Xalq Cəbhəsinin rəhbərliyində olmuş sağ qalanlar isə əminəm ki, sizə layiqli cavabı verəcəklər”.
A. Mütəllibovun “Qorbaçov nə Üçlər İttifaqının, nə də faşizmin dağıda bilmədiyi nəhəng bir ölkəni dağıtdı. Bu isə cinayətdən də ağır əməldir” sözlərinə də münasibət bildirən A. Səmədbəyli onu SSR-nin xiffətini çəkməkdə ittiham edib.
“Bu fikrinizdən aydın olur ki, siz SSRİ-nin xiffətini
çəkirsiniz. Sizin vecinizə deyil SSRİ dövründə repressiyalara məruz
qalan yüz minlərlə soydaşımız. Sizin vecinizə deyil bizdən qoparıb
ermənilərə pay edilən torpaqlar. Təki SSRİ olaydı, Ayaz Niyazovun
əli rusun ətəyində olaydı, güzgü-daraq da həmişə cibinizdə
olaydı”-deyə Elçibəyin kürəkəni bildirib.
Asif
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq