Nida.az
VİP -in Eldəniz Quliyev barədə iki seçimi olub: Ya linç, ya da...
Vətəndaş və İnkişaf Partiyası (VİP) “El” hərəkatının Ali Məclisinin
sədri Eldəniz Quliyevə etiraz olaraq bəyanat yayıb. Partiyanın
mətbuat xidmətindən Publika.Az -a daxil olan bəyanatda deyilir:
“Vətəndaş və İnkişaf Partiyası (VİP), təşkilatın sədri Əli Əliyev
və üzvlərinin ünvanına səsləndirdiyi təhqiredici ifadələrə görə
məhkəməyə verilən “El” hərəkatı adlı qurumun Ali Məclis sədri
Eldəniz Quliyev son günlər verdiyi açıqlamalarla aqonik durumda
olduğunu sərgiləməkdədir.
Mətbuatda VİP-ə yönəlik təhqirlərini davam etdirən E. Quliyev artıq onun dediklərinə əhəmiyyət verilməməsindən daha da qeyzlənərək, hüquq müstəvisində ondan sorulacaq hesabın yaratdığı gərginliyin təsiri altında diqqəti məsələnin gerçək mahiyyətindən yayındırmağa çalışır.
VİP haqqında siyasi-etik leksikondan kənar fikirlərinə görə barəsində məhkəməyə müraciət olunmuş E. Quliyev uğursuz çabalarla özü üçün müxtəlif “sipərlər” yaradıb, onların arxasında müdafiə olunmaq yolunu seçib”.
Partiya bildirir ki, E. Quliyev VİP tərəfindən məhkəməyə verilməsinin real səbəbini “unudaraq”, onunla bağlı hüquq müstəvisində atılmış zəruri addımı Milli Şura, Ziyalılar Forumu və digər qurumlara qarşı “hücum” kimi təqdim etməyə başlayıb.
“VİP olaraq bir daha bəyan edirik ki, E. Quliyevin məhkəməyə verilməsinin yeganə səbəbi bu şəxsin partiyamızı, onun rəhbərliyini, üzvlərini davamlı şəkildə təhqir etməsidir və bunun arxasında hər hansı siyasi səbəb dayandığına dair iddialar absurddur.
Əsas məqsədlərindən biri hüquq dövləti quruculuğu olan VİP-in onu təhqir etmiş E. Quliyev barəsində linç deyil, məhkəməyə müraciət haqqında qərar verməklə ən doğru addımı atdığımıza inanırıq.
Bu şəxs VİP-in ünvanına yağdırdığı təhqirlərə görə cavab verməlidir və verəcək. VİP-in məhkəməyə müraciət etməsinə əks münasibətdə olanlar isə E. Quliyevin bu ilin fevral ayı ərzində mətbuata verdiyi açıqlamalara baxıb nəticə çıxara bilərlər”-deyə bəyanatda vurğulanır.
Qeyd edək ki, E. Quliyev VİP sədrini (http://publika.az/p/7737 )
yenə ittiham
edib.
Asif
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO