Nida.az
Eldəniz Quliyev partiya sədrinə tibbi diaqnoz qoydu
“El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev VİP sədri Əli
Əliyev haqqında sərt sözlər deyib. Publika.Az xəbər verir ki, Eldəniz Quliyev neçə
gün qarşı tərəfin onun haqqında dediklərini susqunluqla qarşılasa
da, nəhayət, cavab verəcəyini deyib.
“Neçə günlərdi ki, mən VİP (Vətəndaş və İnkişaf Partiyası) haqqında, həmin oyuncaq partiyanın ünvanıma böhtan və qərəzlə dolu ittihamlar səsləndirməsi, məni məhkəməyə verməsi və s. barədə bir kəlmə də olsun danışmamışam. Amma görünür, mənim susmağım onları daha da ruhlandırıb və onlar KİV səhifələrində barəmdə hərzə-hərzə zəvzəməkdə davam edir, abır-həya bilmədən, hədə-qorxu ritorikası ilə sağa-sola müsahibələr verirlər...Ay Allahın bədbəxt bəndələri, ay ağaları üçün .... VİP funksionerləri, ay ləyaqət və kişilik haqda pafoslu bəyanatlar verib..... iqtidar tumarı üçün sino gedən nadanlar dəstəsi! Ayılın, ayılıb özünüzü dərk edin, yazıqsınız,- müştəbehlikdən, siyasi lotuluqdan, ən əsası isə günahsız insanlara çamur atmaq şakərinizdən əl çəkin! Bilin ki, siz bu sayaq ürəkbulandıran hərəkətlərinizlə nə mənə, nə də mənim təmsil olunduğum Milli Şuraya, "El" Hərəkatına, Ziyalılar Birliyinə və Ziyalılar Forumuna zərrə qədər də olsun, zərbə və ya ləkə vura bilməyəcəksiniz! Yel qayadan nə aparacaq ki?!”-deyə o bildirib.
E. Quliyev qeyd edib ki, VİP siyasətdən silinməlidir: “Mən artıq
qətiyyən şübhə etmirəm ki, sizin partiya adlandırdığınız VİP adlı
oyuncaq siyasi qurumunuz, əslində, Azərbaycan siyasətinin babasil
xəstəliyi kimi bir şeydir və bu mərəz cərrahi əməliyyatla aradan
qaldırılmalıdır. Onun sədri Əli Əliyev isə... xatırladır! İndi nə
qədər istəyirsinizsə, dınqıldayın - danqıldayın özünüzçün!”.
Asif
P.S. Qeyri- etik saydığımızdan bəzi ifadələri üç nöqtə ilə əvəzləmişik.
-
Nida Xəbər 10:05
Forum başladı: İlham Əliyev mərasimdə iştirak edir - YENİLƏNDİ
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib, hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı