Nida.az
Kamal Abdulla yeni vəzifədə nə edəcək? - Sabiq dövlət müşaviri danışır
Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla vəzifəsindən azad olunub. K. Abdulla Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri təyin edilib.
Bu məsələlər üzrə ilk dövlət müşaviri olmuş millət vəkili Rasim
Musabəyov Publika.Az -a açıqlamasında xidmətin yenidən
bərpa olunmasını şərh edib. O bunun yalnız və yalnız işinə xeyrinə
olacağını düşünür: “Mən dövlət müşaviri olanda daha çox etnik
məsələlərlə məşğul idim, nəinki dini məsələlərlə. Xüsusilə Qarabağ
konfliktinin həlli ilə məşğul olmuşam. Çünki bu da etnik münaqişə
hesab olunurdu. Lakin mənim dövrümdə xidməti tam formalaşdırmaq
qismət olmadı. Mən tək idim, bir də konsultant var idi. Vəssalam.
Sonradan Hidayət müəllimin dövründə xidmət formalaşdı, ştatlar
açıldı”.
R. Musabəyov qeyd edib ki, ölkədə dini məsələlərdə gərginlik hiss olunursa və dövlət bununla bağlı xüsusi bölmə yaratmaq zərurəti görürsə, bu, müsbətdir: “Amma bu məsələni daha yaxşı Prezident Administrasiyasının rəhbərliyi şərh edə bilər. Mən hesab edirəm ki, bu məsələlərin koordinasiya edilməsi məqsədi üçün xidmətin bərpası bəlkə də lazımdır.
Bildiyim qədər bu işlərlə Prezident Administrasiyasının İctimai-
siyasi məsələlər şöbəsi məşğul olurdu. İndi dini və etnik
məsələlərlə bağlı xüsusi xidmət olması məqsədəuyğun hesab olunursa,
bu, yalnız və yalnız işin xeyrinə ola bilər”.
Asif
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
Magazin111:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı