Nida.az
Əsas dayağı Azərbaycan olan yeni enerji ittifaqı yaranır – Brüssel Moskvanı görmək istəmir
“Brüssel enerji təhlükəsizliyini əsas gətirərək Rusiyanı Avropadan təcrid edir”.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın
nüfuzlu “Nezavisimaya qazeta” nəşri yazıb.
Nəşr Bakı faktorunun Brüsselə belə addım atmaq üçün əsas verdiyini
qeyd edir: “Avropa Xəzər enerjisinə böyük ümidlər bəsləyir. Hazırda
bu istiqamətdə tikinti aparılır. Belə ki, maksimum 2019-cu ildə
Azərbaycan qazı TANAP vasitəsilə Avropa bazarına axacaq. Brüssel
ümid edir ki, Bakının təşəbbüsü ilə reallaşan bu layihəyə
Türkmənistan qazını da qoşa biləcək. Bunun üçün Transxəzər boru
kəmərinin tikintisi lazımdır. Lakin Xəzərin statusunun həll
olunmamış qalması məsələni arxa plana keçirir. Türkmənistanın özü
də qazını Avropaya daşımaqda maraqlı görünür. Aşqabad artıq Xəzər
sahillərinə qədər boru kəmərinin tikintisini başa çatdırmaq
üzrədir. Transxəzər layihəsinin gələcək taleyini isə zaman
göstərəcək”.
Nəşr qeyd edir ki, avropalılar perspektivli qaz təchizatı
nöqteyi-nəzərindən Cənub Qaz Dəhlizinə inanırlar: “Bu layihə
gələcəkdə 60-dan 120 milyard kubmetrə qədər həcmdə qazı daşıya
bilər. Həmçinin Azərbaycanla yanaşı, Türkmənistan, İran, Qətər və
Küveyt qazı da bura qoşula bilər. İraq qazını da burdan daşımaq
mümkündür. Rusiya belə bir şəraitdə Avropa bazarında minimum payını
saxlamağa çalışmalıdır. Lakin Moskvanın buna müvəffəq olub-olmaması
sual altındadır. Ehtimal var ki, Ukrayna tranziti üzərində razılıq
olsun. Lakin bu daha çox Avropa Birliyinin yaratmaq istədiyi enerji
ittifaqının xəritəsindən asılıdır. Çünki Avropa Birliyi enerji
ittifaqında “gözlənilməz təchizatçılar”, yəni qaz çatdırmalarından
siyasi silah kimi istifadə edənləri görmək istəmir. Digər tərəfdən,
Brüssel Birlik ölkələri ziyana düşsə belə Rusiya qazını almağı
qadağan edə bilər. Hansı ki, Litva artıq 40 faiz idxalı dayandırıb.
Belə olacağı şəraitdə Rusiya çətin şərtlər altında qalacaq. Yaxın
gələcəkdə artıq qarışmış enerji kartlarının yeni düzülüşü hər şeyi
həll edəcək”.
Asif Nərimanlı
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ