Nida.az
İlham Əliyev rektoru qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçkonu qəbul edib.
Pyotr Qlıboçko Bakıda gedən çox böyük inkişaf proseslərinin onda
dərin təəssürat yaratdığını vurğuladı. O, ölkəmizin müvafiq
strukturları ilə əməkdaşlığa toxunaraq rəhbərlik etdiyi təhsil
ocağında xeyli sayda azərbaycanlı tələbənin uğurla təhsil aldığını
qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanda təhsilə dövlət səviyyəsində
böyük qayğının göstərildiyini qeyd edərək bu sahənin ölkəmizin
inkişafının əsas prioritetlərindən biri olduğunu vurğuladı, gənc
nəslin hərtərəfli inkişafı istiqamətində, o cümlədən peşəkar tibb
kadrlarının yetişdirilməsi sahəsində ölkəmizdə genişmiqyaslı
işlərin həyata keçirildiyini bildirdi.
Görüşdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti
ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın bundan
sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
AZƏRTAC
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ