Nida.az
Arif Hacılıdan Vurğun Əyyuba namizədlik atmacası
Müsavat Partiyasının başqanı Arif Hacılı keçmiş Məclis üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Vurğun Əyyuba deputatlığa namizədliyi ilə bağlı atmaca atıb.
Publika.az xəbər verir ki, A. Hacılı “facebook”
səhifəsində ad çəkmədən belə yazıb: “Şərəfli insan üçün millət
vəkilliyinə Müsavat Partiyasının namizədi olmaq saxta yolla
parlamentin üzvü olmaqdan önəmlidir”.
Sosial şəbəkələrdə Müsavat başqanının bu sözləri V. Əyyuba
ünvanlandığına dair müzakirələr aparılıb.
Qeyd edək ki, Müsavatın Suraxanı rayon təşkilatı V. Əyyubun
deputatlığa namizədliyini irəli sürsə də, bu partiya rəhbərliyi
tərəfindən ciddi narazılıqla qarşılanıb. Bu hadisədən sonra Müsavat
Məclisi namizədlərin təlimat sənədi haqda qərar qəbul edib. Bu
sənəd partiya rəhbərliyinin icazəsi olmadan namizəd olmağı
çətinləşdirir.
Asif Nərimanlı
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO
-
Dünya08:10
Zelenski onu vəzifəsindən azad etdi
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...