Nida.az
“Borçalıda siyasi repressiyalar hazırlanır” – Vaşinqtondan şok iddia
“Gürcüstan Daxili İşlər Nazirliyi və xüsusi xidmət orqanları Borçalıda və Tiflisdə fəaliyyət göstərən Qarapapaq və Azərbaycan türklərinin ictimai-siyasi xadimlərinə qarşı saxtalaşdırılmış ittihamlar əsasında siyasi repressiyalar hazırlayırlar”.
Publika.az xəbər verir ki, bu barədə Vaşinqtonda
yerləşən Amerika Qarapapaq Türkləri İttifaqının (AQTİ) sədri Navid
Soltanı bəyanat verib.
Onun sözlərinə görə, Gürcüstan Daxili İşlər Nazirliyi Daşqın
Gülməmmədov, Əlibala Əsgərov, Əli Babayev və parlamentin deputatı,
müxalifətçi fəal Azər Süleymanov haqqında saxta ittihamlar əsasında
cinayət işləri tərtib edib: “Biz bu barədə təcili hesabat
hazırlayaraq, operativ surətdə ABŞ Dövlət Departamentinə və Senatın
bir neçə üzvünə təqdim etmişik. Biz Gürcüstan DİN-nin Qarapapaq və
Azərbaycan türklərinin ictimai-siyasi xadimlərinə qarşı
repressiyalar həyata keçirmək niyyətinə göz yuma bilmərik”.
Navid Soltani qeyd edib ki, Gürcüstan prezidenti və Baş naziri bu
məsələyə aydınlıq gətirməlidirlər.
“Bizi ən çox narahat edən məsələ isə Qarapapaq türklərinin
liderlərindən biri olan Daşqın Gülməmmədova qarşı siyasi təqibin
davam etməsidir. Gürcüstan xüsusi xidmət orqanlarında elə adamlar
var ki, Daşqın Gülməmmədovu fiziki cəhətdən məhv etmək fikrinə
düşüblər. Ancaq Gürcüstan rəsmi dairələri bilməlidirlər ki, Daşqın
Gülməmmədov və digər ictimai-siyasi xadimlərə qarşı aqressiya
yığışdırılmasa, siyasi repressiylara yol verilsə, bu həm
Vaşinqtonda, həm Türkiyədə, həm də Azərbaycanda geniş qalmaqala
səbəb olacaq. Əminəm ki, Gürcüstan prezidenti və baş naziri
Borçalıda hazırlanan siyasi repressiyalardan xəbərdar deyillər. Bu
məsələlərə onlar təcili müdaxilə etməlidirlər”, - deyə o
bildirib.
Asif Nərimanlı
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO