Nida.az
Adil Əliyev: “Dünya işğalçı Ermənistanın əməllərini görmək istəmir”
“Çanaqqala Sülh Zirvəsi erməni yalanlarına və ermənipərəstlərə bir cavab olacaq. Bu tədbir bir daha təsdiqlədi ki, Türkiyə prosesləri önləmək üçün bir sıra addımlar atır. Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə iştirakı qardaş ölkəni meydanda tək qoymadığımızı və iki qardaş ölkənin proseslərə güclü hazırlaşdığını göstərir”.
Bu barədə Publika.az-a açıqlamasında millət vəkili Adil Əliyev
deyib.
Onun sözlərinə görə, əslində Çanaqqalada şəhidlərə birgə, İngiltərə
və onu dəstəkləyən qüvvələrin əsgər və zabitlərinin məzarlarının bu
günə qədər qorunub saxlanılması, türk millətinin işğalçı ölkənin
insanına olan münasibətini təsdiqləyir: “Bu, əsl insani yanaşmadır.
Bu gün məzarlıq dostluq və sülh məkanına çevrilib. Dünyanın
müxtəlif yerlərindən insanlar gəlib, əcdadlarının məzarlarını
ziyarət edirlər. Gerçəklikdən və tarixi faktdan qaçmaq olmaz”.
Millət vəkili beynəlxalq aləmi əsl gerçəyi görməyə çağırıb.
“Dünya işğalçı Ermənistanın əməllərini görmək istəmir. Azərbaycanın
işğal altında qalan torpaqları Ermənistanın beynəlxalq hüquqa məhəl
qoymadığını göstərir. Halbuki tarixdə olmayan bir qurama oyunu Türk
millətinin üzərinə yıxmaq istəyir. Bu qüvvələr istədiklərinə nail
ola bilməyəcək və erməni yalanları puça çıxacaq”, - deyə o
bildirib.
Asif Nərimanlı
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO