Rəsmi açıqlama - Nepaldakı zəlzələdə azərbaycanlılar...
Bizi izləyin

Nida.az

Rəsmi açıqlama - Nepaldakı zəlzələdə azərbaycanlılar...

"Aprelin 25-də Nepalda baş verən güclü zəlzələ nəticəsində bu ölkədə yaşayan azərbaycanlılar arasında xəsarət alan olmayıb".

Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev məlumat verib.

Onun sözlərinə görə, XİN-nin təlimatı əsasında Azərbaycanın Hindistandakı səfirliyi Nepalda baş vermiş təbii fəlakətlə əlaqədar bu ölkədəki Azərbaycan vətəndaşları ilə təmasları davam etdirir:

"İlkin məlumata əsasən, Nepalda 6-sı uşaq olmaqla, 14 Azərbaycan vətəndaşı arasında zəlzələ nəticəsində ciddi xəsarət halı qeydə alınmayıb. Azyaşlı uşaqlardan biri yüngül sıyrıq xəsarəti alıb və hal-hazırda vəziyyəti yaxşıdır.

Akkreditasiya dairəsinə Nepalın da daxil olduğu Azərbaycan Respublikasının Hindistandakı səfirliyi vəziyyəti diqqətdə saxlayır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm