Nida.az
Abdulla Gül Publika.az-a danışdı: “İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi qürur verir” - FOTOLAR
Bakıda keçirilən III Qlobal Forumda iştirak edən Türkiyənin sabiq prezidenti Abdulla Gül dünən Forumdan sonra paytaxtın mərkəzində gəzintiyə çıxıb.
Paytaxtın mərkəzi yerləri ilə tanış olan, sakinlərlə görüşən A.Gül Publika.az-a eksklüziv müsahibə verib. O, Bakıda keçiriləcək I Avropa Oyunlarının əhəmiyyətindən danışaraq qeyd edib ki, dünya bu möhtəşəm tədbir vasitəsilə Azərbaycanı daha yaxından tanıyacaq: “I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan üçün çox böyük nailiyyətdir, uğurdur. Bu oyunlar Bakını təkcə Avropaya deyil, bütün dünyaya tanıdacaq. Belə bir mötəbər tədbirin ilk dəfə Azərbaycanda keçirilməsi qürur duyulacaq bir şeydir. Eyni zamanda, buraya qoyulan sərmayə, tikilən idman kompleksləri də, əlbəttə ki, Bakı gənclərinə, Azərbaycan gənclərinə qalacaq”.
Qeyd edək ki, Türkiyənin 11-ci prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Abdulla Gül Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ötən gün Bakıda keçirilən III Qlobal Forumda iştirak etmək üçün Azərbaycana səfərə gəlib.
Gülnar Əliyeva
Anar Tağıyev
FOTO: Elçin Murad
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO