Nida.az
Rusiya Azərbaycanla danışıqlara başlayır
Rusiya Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması çərçivəsində danışıqlara başlamaq istəyini rəsmən bəyan edib.
Bunu Trend-ə Azərbaycanın xarici işlər nazirinin müavini, danışıqlar qrupunun rəhbəri Mahmud Məmmədquliyev deyib.
O bildirib ki, bir neçə gün əvvəl Rusiya Azərbaycanın ÜTT-ə üzv olması çərçivəsində danışıqlara başlamaq istəyi ilə bizə müraciət edib: "Biz onların təkliflərini alacağıq, onların hansı istiqamətlərlə maraqlandığını öyrənəcəyik, Cenevrədə növbəti görüşlər zamanı danışıqlar aparacağıq".
M.Məmmədquliyev Azərbaycanın ÜTT-yə daxil olması üzrə danışıqların növbəti raundunun keçirilməsi tarixini deməkdə çətinlik çəkib: "Hazırda Azərbaycan üzrə işçi qrupuna daxil olan üzv ölkələr sual və şərhlərini göndərməyə davam edəcəklər. Sualları gecikmə ilə daxil olur, buna görə də danışıqların növbəti raundunun haqqında danışmaq hələ tezdir".
Onun sözlərinə əsasən, danışıqların tarixi ÜTT-ün üzv ölkələrinin bütün sənəd və suallarının öyrənilməsindən asılı olaraq müəyyənləşdiriləcək.
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?